Müharibə zamanı ermənilər kilsəyə də ziyan vurub
Qarabağ
- 13 noyabr, 2020
- 14:39
"Ermənilərin hücumları nəticəsində ümumilikdə 3 700 mülki obyektə ziyan dəyib".
"Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov müharibə zamanı ermənilərin Azərbaycan vətəndaşlarına vurduqları ziyanın qiymətləndirilməsinə həsr olunan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu sırada yaşayış, iaşə, istehsal və s. mülki obyektlərlə yanaşı, məscid, kilsə və qəbristanlıq da var.
Bundan başqa, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev əlavə edib ki, ziyan dəymiş kilsə, məscid və qəbiristanlıqların ümumi sayı 19-dur. H.Hacıyevin sözlərinə görə, onlardan 15-i qəbiristanlıq, 4-ü isə məscid və kilsədir.
Son xəbərlər
13:26
Azərbaycan şirkəti nizamnamə kapitalını kəskin azaldır
Biznes13:25
"Gəncə" braziliyalı voleybolçu Ariadne Ramosu heyətinə qatıb
Komanda13:21
Mərkəzi Bank riskli hesabların aşkarlanması üçün yeni sistem yaradır
Maliyyə13:19
Sabah Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək
Milli Məclis13:17
İran AEBA müfəttişlərini nüvə obyektlərinə buraxmayacaq
Region13:10
Energetika Nazirliyi l yarımildə 7 mindən çox vətəndaş müraciəti qəbul edib
Energetika13:09
Foto
Suraxanıda 14 İyul küçəsi və parkda abadlıq işləri aparılıb
Daxili siyasət13:04
Mərakeş nümayəndəsi: Ən böyük risklərdən biri medianın qütbləşməyə və nifrət nitqinə cəlb olunmasıdır
Media13:02