Müdafiə naziri: "Şuşanın azad edilməsi Prezidentin xüsusi tapşırığı ilə baş tutdu"

Müdafiə naziri: "Şuşanın azad edilməsi Prezidentin xüsusi tapşırığı ilə baş tutdu" “Hamımıza məlumdur ki, 44 günlük müharibə Şuşanın azadlığı ilə başa çatdı. Şuşanın azad edilməsi Prezidentin xüsusi tapşırığı ilə baş tutdu”.
Qarabağ
22 Dekabr , 2022 23:53
Müdafiə naziri: Şuşanın azad edilməsi Prezidentin xüsusi tapşırığı ilə baş tutdu

“Hamımıza məlumdur ki, 44 günlük müharibə Şuşanın azadlığı ilə başa çatdı. Şuşanın azad edilməsi Prezidentin xüsusi tapşırığı ilə baş tutdu”.

“Report”un Ankara bürosunun məlumatına görə, bu fikirləri Türkiyə Prezident Administrasiyasının Milli Kitabxanasında Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunmuş “Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru” kitabının təqdimat mərasimində iştirak edən Azərbaycan müdafiə naziri Zakir Həsənov bildirib.

Z.Həsənov Şuşa əməliyyatları ilə bağlı xatirələrini bölüşüb: “Biz hər səhər hərbi əməliyyatlarla bağlı Prezidentə məruzə edirdik. Şuşa əməliyyatı başlamazdan öncə mən bütün sənədləri toplayıb planımız haqqında məlumat verdim. Hərbi vasitələrlə hansı ərazilərin vurulacağı haqqında danışarkən, Prezident etiraz edərək dedi ki, bunları bir tərəfə qoy, çünki Şuşa bizim şəhərimizdir, tarixi abidələr, binalara ziyan vurmamalıyıq və yüngül silahlardan istifadə olunmalıdır”.

Nazir deyib ki, Prezidentin göstərişi ilə Şuşa xüsusi təyinatlı qüvvələrin hərbi əməliyyatı nəticəsində azadlığına qovuşub: “Axşam saat 8, 9 radələrində artıq Şuşanın azad olunması haqqında Prezidentə telefonla məlumat verdim, dövlət başçısı da Azərbaycan Ordusunu təbrik etdi”.

Son xəbərlər

Orphus sistemi