Azərbaycan Prezidenti: "Minsk şəhəri ilə bağlı bir format artıq keçmişdə qalıb"

Azərbaycan Prezidenti: "Minsk şəhəri ilə bağlı bir format artıq keçmişdə qalıb" "Mən Aleksandr Qriqoryeviçə onu da dedim ki, Minsk şəhəri ilə bağlı bir format artıq keçmişdə qalıb"
Qarabağ
14 Aprel , 2021 21:41
Azərbaycan Prezidenti: Minsk şəhəri ilə bağlı bir format artıq keçmişdə qalıb
İlham Əliyev
0 : 00
0 : 00

"Mən Aleksandr Qriqoryeviçə onu da dedim ki, Minsk şəhəri ilə bağlı bir format artıq keçmişdə qalıb. Minsk qrupu mövcuddur, lakin münaqişə nizamlanıb. Minsk qrupunun nə ilə məşğul olacağı bizə hələ məlum deyil. Biz onlardan kreativ ideyalar gözləyirik".

"Report" xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə mətbuata bəyanatla çıxış edərkən deyib.

Azərbaycan Prezidenti bildirib:

"Bizim xarici işlər naziri mənə bu gün məruzə etdi ki, Minsk qrupunun fəaliyyəti ilə bağlı mənim dünənki şərhimdən sonra həmin qrup bəyanat verib. Təbii ki, mən o bəyanatla tanış olacağam. Lakin necə deyərlər, ümidvaram ki, Minsk şəhəri ilə bağlı bütün başqa formatlar sülh yolu ilə nizamlanacaq. Biz Ermənistanla münaqişəni demək olar 30 il müddətində sülh yolu ilə nizamlamaq istədik. Danışıqlar prosesinə sadiq olmağımız da bizim niyyətlərimizə dəlalət edir. Buna görə də münaqişənin hərbi-siyasi yolla nizamlanmasında təqsirkar, əlbəttə, işğalçı ölkədir. Əgər onlar müharibədən əvvəl və hətta müharibə dövründə də bizim ərazilərimizi tərk etmək barədə mənim çağırışlarıma, israrlı tələblərimə qulaq assaydılar, müharibənin nəticələri Ermənistan üçün bu dərəcədə ağrılı olmazdı. Bütün təqsirlər onlardadır. Biz ədaləti, o cümlədən tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdik və BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdik".

Son xəbərlər

Orphus sistemi