Mənsum İbrahimov: "Ağdam dünyanın ən möhtəşəm şəhəri olacaq"

Mənsum İbrahimov: "Ağdam dünyanın ən möhtəşəm şəhəri olacaq" "28 il sonra Ağdamda xüsusi bir gündə, mötəbər tədbirdə olmaq qürurverici hissdir"
Qarabağ
31 May , 2021 12:13
Mənsum İbrahimov:  Ağdam dünyanın ən möhtəşəm şəhəri olacaq

“Bayramı 28 il sonra 28 may - Respublika günündə Ağdamda təməlqoyma mərasimində böyük bir sevinclə qeyd etdik”

Bunu "Report"a açıqlamasında 28 may Respublika günü Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində iştirak etmiş muğam ustası, Xalq artisti Mənsum İbrahimov deyib.

Onun sözlərinə görə, 28 il sonra Ağdamda xüsusi bir gündə, mötəbər tədbirdə olmaq qürurverici hissdir:

“Həqiqətən də həmin anları sözlərlə ifadə etmək çox çətindir. Ona görə ki, biz 28 il sonra Ağdamımıza qovuşduq, Ağdamımızın yenidən təməli qoyuldu. Biz həm də çox mötəbər bir tarixi hadisəyə şahidlik etdik. Düz 28 ildən sonra bizlər o torpağın üzərində daynaraq özümüzü yerli ağdamlı kimi hiss edirdik. Mən bu olanlara görə, şükür edirəm. Bu zəfər şəhidlərimizin, qazilərimizin , Ali Baş Komandanımızın və müzəffər ordumuz sayəsindədir. Təkcə Birinci Qarabağ müharibəsində Ağdam 6700 şəhid verib. Ağdam həm də qəhrəman şəhərdir. Hazırda Ağdam ruh kimidir. Ancaq mən əminəm ki, biz yaxın zamanda Ağdamı bərpa edəcək və dirçəldəcəyik”

Muğam ustadı hesab edir ki, Ağdam qısa zamanda ölkəmizin dördüncü şəhəri, dünyanın isə ən möhtəşəm şəhəri olacaq.

Xatırladaq ki, 28 may Respublika günü prezident İlham Əliyevin iştirak ilə Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimi keçirilib. Həmçinin təməlqoyma mərasimində Mənsum İbrahimov çıxış edib.

Son xəbərlər

Orphus sistemi