Korotçenko: "Lavrov Kremlin müvafiq mesajlarını Yerevana çatdırdı"

Korotçenko: "Lavrov Kremlin müvafiq mesajlarını Yerevana çatdırdı" Ekspertin fikrincə, Lavrovun səfəri bəyanatın müddəalarının həyata keçirilməsini və mövcud problemlərin həllini mümkün qədər sürətləndirməli idi
Qarabağ
12 May , 2021 16:26
Korotçenko: Lavrov Kremlin müvafiq mesajlarını Yerevana çatdırdı
İqor Korotçenko

“Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistan və Azərbaycana səfərinin əsas məqsədi Azərbaycan, Rusiya və Ermənistan liderlərinin ötən ilin noyabrında qəbul etdiyi üçtərəfli bəyanatda nəzərdə tutulmuş bütün məqamların tez bir zamanda həyata keçirilməsidir. Biz bilirik ki, Ermənistan tərəfinin öz öhdəlikləri ilə bağlı faktiki olaraq, təxribatlar törətməsi səbəbindən bu proses, təəssüf ki, çətin gedir. Bəlkə də Lavrov bütün nüfuzundan istifadə edib və Kremlin müvafiq mesajlarını Yerevana çatdırıb ki, Ermənistan minalı ərazilərin xəritələrinin verilməsi ilə bağlı ilk praktik addımları atmağa başlasın”.

Bu fikirləri “Report”un Rusiya bürosuna hərbi ekspert, "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko deyib.

Ekspertin fikrincə, Lavrovun səfəri bəyanatın müddəalarının həyata keçirilməsini və mövcud problemlərin həllini mümkün qədər sürətləndirməli idi: “İlk növbədə, Ermənistanın 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarında minaladığı ərazilərin xəritələrini verməsini və nəqliyyat dəhlizlərinin açılmasını təmin etmək lazımdır. Naxçıvanı Azərbaycanla birləşdirəcək Zəngəzur dəhlizinin tez bir zamanda işə başlaması vacibdir. Rusiyanın Yerevana təsir cəhdlərinin nə qədər uğurlu olduğunu, güman ki, önümüzdəki həftələrdə görəcəyik”.

“Bakıda keçirilmiş mətbuat konfransında Lavrov qeyd edib ki, Ermənistan mövcud məsələlərin həllinə ehtiyac olduğunu anlayır. O, hətta ilk praktik addımların artıq atıldığını vurğulayıb. Problemlər humanitar xarakter daşıyır. Yerevanın öz öhdəliklərini yerinə yetirmək istəmədiyini artıq müşahidə etmişik. Sergey Lavrovun Ermənistanın bu problemləri həll etməyə hazır olduğunu deyərkən konkret olaraq nəyi nəzərdə tutduğunu gözləyib bilmək istərdim. İndiyə qədər heç bir praktik addım görmürük”, – o bildirib.

Son xəbərlər

Orphus sistemi