“Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsi müasir tarixdə əhəmiyyətli hadisədir. Çünki bu cür münaqişələrin silah gücü ilə həlli praktikasında ilk dəfə olaraq Azərbaycan erməni təxribatına cavab kimi "dəmir yumruq" əməliyyatını həyata keçirib. Əks hücum zamanı düşmən təslim olub”.
"Report"un Rusiya bürosunun məlumatına görə, bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko deyib.
"Şübhəsiz ki, bu qələbə onilliklər boyu davam edən dövlət quruculuğunun, müasir dünyanın ən yaxşı ordularından birinin yaradılmasının nəticəsi idi. Azərbaycan səmərəli şaxələndirilmiş iqtisadiyyat qurmağı, dövlət problemlərinin həllinə uyğunlaşdırılmış siyasi sistem yaratmağı bacarıb. Bütün bunlar Prezident İlham Əliyevin hakimiyyətdə olduğu 20 ili xarakterizə edir. Dövlət başçısı qələbəyə nail olmaq üçün cəmiyyəti birləşdirdi. Azərbaycan xalqını bu əhəmiyyətli tarix münasibətilə təbrik edirəm”, - o vurğulayıb.