KİV: “Ermənistan Azərbaycanla sülh sazişinin imzalanmasında maraqlıdırsa, siyasi manipulyasiyaya son qoymalıdır”

KİV: “Ermənistan Azərbaycanla sülh sazişinin imzalanmasında maraqlıdırsa, siyasi manipulyasiyaya son qoymalıdır” Əgər Ermənistan Azərbaycanla bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh sazişi imzalamaqda maraqlıdırsa, siyasi manipulyasiyalara son qoymalıdır.
Qarabağ
15 Sentyabr , 2023 13:35
KİV: “Ermənistan Azərbaycanla sülh sazişinin imzalanmasında maraqlıdırsa, siyasi manipulyasiyaya son qoymalıdır”

Əgər Ermənistan Azərbaycanla bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh sazişi imzalamaqda maraqlıdırsa, siyasi manipulyasiyalara son qoymalıdır.

“Report” xəbər verir ki, bu barədə “EU Reporter” nəşrində dərc olunan məqalədə deyilir.

“Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması bütün region üçün iqtisadi baxımdan ciddi fayda verəcək. Münasibətlərin nizama salınması regional iqtisadi inteqrasiya və əlaqələrin artırılması üçün yeni imkanlar yaradacaq”, - məqalədə qeyd olunub.

“EU Reporter” nəşrində dərc olunan məqalədə vurğulanıb ki, Ermənistandakı revanşist qruplar Azərbaycanla münaqişəni hələ də bitməmiş hesab edirlər: “Onlar həmçinin əmindirlər ki, Ermənistan Azərbaycanın Qarabağ bölgəsində separatçılara bundan sonra himayədarlıq etməlidir. Bununla onlar Azərbaycan üçün qəbuledilməz olan “boz zona” yaratmağa çalışırlar. Bu taktikaya separatçılara siyasi, iqtisadi və hərbi dəstək vermək, eyni zamanda Azərbaycanla danışıqları əhəmiyyətli nəticə əldə etmədən davam etdirmək daxildir”.

Məqalədə bildirilib ki, belə taktika Bakı ilə İrəvan arasında sülh danışıqlarına mane olur.

Son xəbərlər

Orphus sistemi