Bir qrup Kəlbəcər sakini doğma şəhərində olub

Bir qrup Kəlbəcər sakini doğma şəhərində olub Bir qrup Kəlbəcər sakini ilk dəfə doğma şəhərinə yola düşüb.
Qarabağ
2880
2 Sentyabr , 2021 16:28
Bir qrup Kəlbəcər sakini doğma şəhərində olub
0 : 00
0 : 00

Bir qrup Kəlbəcər sakininin doğma şəhərinə səfəri başa çatıb.

"Report"un Kəlbəcərə ezam olunmuş əməkdaşı xəbər verir ki, səfərdə 25 yerli sakin iştirak edib.

Belə ki, əvvəlcə kəlbəcərlilər rayonda "Tunel qətliamı"nın baş verdiyi ərazini ziyarət edib və gül dəstələri qoyublar.

Daha sonra Zülfüqarlı kəndində Milli Qəhrəman Şahlar Şükürovun məzarı ziyarət olunub.

Eyni zamanda, sakinlər Başlıbel faciəsinin baş verdiyi ərazidə və Günəşli kəndində olublar.

Sonda kəlbəcərlilər doğma şəhərlərində görülən işlərlə tanış olublar.

Qeyd edək ki, səfər Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunub.

10.24

Bir qrup Kəlbəcər sakininin doğma şəhərinə səfəri davam edir.

"Report"un Kəlbəcərə ezam olunmuş əməkdaşı xəbər verir ki, səfərdə 25 yerli sakin iştirak edir.

Artıq sakinlər "Tunel qətliamı"nın baş verdiyi ərazini ziyarət edib və gül dəstələri qoyublar.

Həmçinin səfər proqramı çərçivəsində sakinlər Başlıbel faciəsinin baş verdiyi əraziyə baxacaq, Zülfüqarlı kəndində Milli Qəhrəman Şahlar Şükürovun qəbrini ziyarət edəcək, eyni zamanda Günəşli kəndinə baş çəkəcəklər.

Onlar öz doğma şəhərlərində görülən işlərlə tanış olacaqlar.

Qeyd edək ki, səfər Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunub.

07.21

Kəlbəcərin bir qrup sakini ilk dəfə doğma şəhərə yola düşüb.

"Report"un Kəlbəcərə ezam olunmuş əməkdaşı xəbər verir ki, sakinlər səfər zamanı öz şəhərlərini ziyarət edəcəklər.

Sakinlər Göygöl rayonunun Toğanalı kəndindən Kəlbəcərə yollanıblar.

Onlar öz doğma şəhərlərində görülən işlərlə tanış olacaqlar.

Səfər proqramı çərçivəsində sakinlər "Tunel qətliamı"nın baş verdiyi əraziyə gül dəstələri qoyacaq, Başlıbel faciəsinin baş verdiyi əraziyə baxacaq, Zülfüqarlı kəndində Milli Qəhrəman Şahlar Şükürovun qəbrini ziyarət edəcək, eyni zamanda Günəşli kəndinə baş çəkəcəklər.

Qeyd edək ki, səfər Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunub.

Foto: Ehtiram Cəbi

Son xəbərlər

Orphus sistemi