Jeror Lamber Fransa rəsmilərinin Şuşanın adını düzgün vurğulamamasına münasibət bildirib

Jeror Lamber Fransa rəsmilərinin Şuşanın adını düzgün vurğulamamasına münasibət bildirib Fransa Milli Assambleyasında (parlament) Fransa-Azərbaycan dostluq qrupunun viste-prezidenti Jerom Lamber ölkə prezidenti və xarici işlər nazirinin Şuşanın adını Şuşi kimi qeyd etməsinə münasibət bildirib.
Qarabağ
13 Noyabr , 2020 16:26
Jeror Lamber Fransa rəsmilərinin Şuşanın adını düzgün vurğulamamasına münasibət bildirib

Fransa Milli Assambleyasında (parlament) Fransa-Azərbaycan dostluq qrupunun vitse-prezidenti Jerom Lamber ölkə prezidenti və xarici işlər nazirinin Şuşanın adını Şuşi kimi qeyd etməsinə münasibət bildirib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, o, Gəncədə jurnalistlərə açıqlamasında Fransa rəsmilərinin açıq-aşkar erməni tərəfini dəstəkləyərək Şuşanın adını düzgün vurğulamamasının çox da böyük əhəmiyyət daşımadığını söyləyib.

"Şuşanın tələffüzü ilə bağlı göstərilən həssaslığı başa düşürəm. Ancaq Fransa tərəfindən də bəzi həssas məqamlar var, onları da başa düşmək lazımdır. Bu cür bəyanatlarda vacib məqamlara diqqət yetirmək elə də əhəmiyyətli deyil. Azərbaycan hərbi gücdən yararlanmaqla öz torpaqlarını işğaldan azad edib, sülhü və beynəlxalq hüququ bərqərar edib", - J.Lamber vurğulayıb.

Son xəbərlər

Orphus sistemi