Azərbaycana gələn dünya səyyahları işğaldan azad olunmuş Zəngilan rayonuna səfər edib.
"Report"un Zəngilana ezam olunmuş əməkdaşı xəbər verir ki, qonaqlar ilk olaraq Zəngilan rayonunun Ağalı kəndinə baş çəkiblər.
Onlar Zəngilan, xüsusilə Ağalı kəndindəki abadlıq-quruculuq işləri, eyni zamanda işğal zamanı ermənilər tərəfindən törədilən dağıntılarla, həmçinin viran edilmiş yurd yerləri, ekosid həyata keçirilmiş sahələrlə tanış olublar.
Dünyanın 20-dən çox ölkəsindən 40-a yaxın beynəlxalq səyahətçinin (səyyah) işğaldan azad edilmiş Zəngilan rayonuna səfəri başlayıb.
"Report"un Zəngilana ezam olunmuş əməkdaşı xəbər verir ki, qonaqlar ilk olaraq Zəngilan rayonunun Ağalı kəndinə yollanıblar.
Onlar səfər zamanı Zəngilan, xüsusilə Ağalı kəndindəki abadlıq-quruculuq işləri, işğal zamanı ermənilər tərəfindən törədilən dağıntılarla, həmçinin viran edilmiş yurd yerləri, ekosid həyata keçirilmiş sahələrlə tanış olacaqlar.
Qeyd edək ki, dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Şarl Veleyin rəhbərliyi ilə 20-dən çox ölkədən 40 nəfərə yaxın səyyah heyətinin səfəri davam edir. Səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılmasına dair müstəsna əhəmiyyət daşıyır. Xatırladaq ki, bundan əvvəl ötən bir ildə dünyanın biznes və turizm elitasını özündə birləşdirən əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC (Extremal Travellers International Congress), MTP (Most Travelled People), TCC (Travelers' Century Club), Nomadmania klublarının təsisçiləri, prezidentləri və tanınmış üzvləri səviyyəsində qrupların Qarabağ və Şərqi Zəngəzura 3 dəfə səfərləri təşkil olunub. Bu səfərlərə indiyədək ümumilikdə 25-ə yaxın ölkədən 100 nəfərdən çox beynəlxalq səyahətçi qatılıb. Bu sayca 4-cü analoji səfərdir. Bu dəfə heyətdə daha çox ölkədən nümayəndələr iştirak edir.