İsmayıl Axundov: "İkinci Qarabağ müharibəsindən sonra 181 erməniəsilli şəxs qarşı tərəfə təhvil verilib"

İsmayıl Axundov: "İkinci Qarabağ müharibəsindən sonra 181 erməniəsilli şəxs qarşı tərəfə təhvil verilib" “Qarşı tərəfə Birinci Qarabağ müharibəsində 500 nəfərdən çox, İkinci Qarabağ müharibəsindən sonra keçən müddət ərzində 181 erməni əsilli şəxs azad edilərək təhvil verilib”.
Qarabağ
23 May , 2023 10:58
İsmayıl Axundov: İkinci Qarabağ müharibəsindən sonra 181 erməniəsilli şəxs qarşı tərəfə təhvil verilib

“Birinci Qarabağ müharibəsində 500 nəfərdən çox, İkinci Qarabağ müharibəsindən sonra keçən müddət ərzində isə 181 erməniəsilli şəxs azad edilərək qarşı tərəfə təhvil verilib”.

“Report”un xəbərinə görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər” mövzusunda keçirilən ilk beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) münaqişə dövründə qoşunların qarşıdurma xəttində və döyüşdə həlak olmuş, həmçinin əsir-girovluqda ölmüş hər iki tərəfə aid yüzlərlə insanın meyitinin qarşılıqlı şəkildə tərəflərə təhvil verilməsində iştirak edib:

“Ümumiyyətlə, 1992-ci ildən başlayan əməkdaşlıq dövründə BQXK-nın yaxından iştirakı ilə 700-ə yaxın humanitar proses həyata keçirilib”.

Son xəbərlər

Orphus sistemi