I Qarabağ müharibəsi şəhidinin xatirə bulağının açılışı olub

I Qarabağ müharibəsi şəhidinin xatirə bulağının açılışı olub Biləsuvar rayonunun Dəvrişli kəndində I Qarabağ müharibəsi şəhidi Sultanov Nemət Mirişıq oğlunun əziz xatirəsinə inşa edilmiş şəhid bulağının açılışı olub.
Qarabağ
20 Sentyabr , 2022 10:57
I Qarabağ müharibəsi şəhidinin xatirə bulağının açılışı olub

Biləsuvar rayonunun Dəvrişli kəndində I Qarabağ müharibəsi şəhidi Sultanov Nemət Mirişıq oğlunun əziz xatirəsinə inşa edilmiş şəhid bulağının açılışı olub.

"Report"un Muğan bürosunun məlumatına görə, tədbirdə rayon rəhbərliyi, Azərbaycanın Milli Qəhrəmanı Fariz Qəhrəmanov, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olan vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra söz tədbir iştirakçılarına verilib.

Çıxış edənlər şəhidi Nemət Sultanovun I Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqdan, keçdiyi şərəfli döyüş yolundan söz açıblar.

Bildiriblər ki, bu gün Birinci Qarabağ müharibəsi şəhidlərinin ruhu şaddır. Çünki uğrunda şəhid olduqları, müstəqil və azad görmək istədikləri Azərbaycanın ərazi bütövlüyü Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuz tərəfindən bərpa olunub. 30 ilə yaxın işğal altında olan torpaqlarımız azadlığına qovuşub, üçrəngli bayrağımız bu ərazilərimizdə dalğalanır.

Vətən uğrunda qəhrəmanlıqla vuruşaraq şəhid olan və döyüşlərdən qəhrəman kimi ayrılan, cəsur, igid, qorxmaz Azərbaycan oğullarına xalqımız daim minnətdar olacaq.

Tədbirdə məktəblilər Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər söyləyiblər.

Şəhidin doğmaları və yaxınları göstərilən diqqət və qayğıya görə qonaqlara təşəkkürlərini, ölkə rəhbərliyinə minnətdarlığlarını ifadə ediblər.

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olan şəhid Sultanov Nemət Mirişıq oğlu 23 avqust 1973-cü ildə Biləsuvar rayon Dəvrişli kəndində anadan olub. 9 mart 1992-ci ildə Biləsuvar Rayon Hərbi Komisarlığı tərəfindən hərbi xidmətə çağrılmışdır. 16 avqust 1992- ci ildə Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə şəhid olub, 11 sentyabr 1992-ci ildə Dəvrişli kənd qəbirstanlıqında dəfn olunmuşdur. Ölümündən sonra adı əbədiləşdirilərək təhsil aldığı Dəvrişli kənd tam orta məktəbinə verilmişdir.

Son xəbərlər

Orphus sistemi