Hadrut, Füzuli və Cəbrayılda erməni hərbçilərin meyitləri aşkarlandı

Hadrut, Füzuli və Cəbrayılda erməni hərbçilərin meyitləri aşkarlandı Qarabağda aparılan axtarışlar zamanı müharibə zamanı itkin düşmüş daha 3 erməni hərbçinin meyiti tapılıb.
Qarabağ
1429
17 Yanvar , 2021 17:24
Hadrut, Füzuli və Cəbrayılda erməni hərbçilərin meyitləri aşkarlandı

Qarabağda aparılan axtarışlar zamanı müharibə zamanı itkin düşmüş daha 3 erməni hərbçinin meyiti tapılıb.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

Məlumata görə, erməni hərbçilərin meyitləri Hadrut, Füzuli və Cəbrayılda aşkarlanıb. Ermənistanın itkin hərbçilərinin axtarışları Şuşada da davam etdirilib. Lakin şəhərdə hər hansı meyit tapılmayıb.

Qeyd edilir ki, sabah Qubadlıda, Hadrutda, Füzulidə və Cəbrayılda itkin erməni hərbçilərin axtarışları davam etdiriləcək. Axtarışlara iki qrup ayrılacaq. Onlardan biri həlak olanların meyitlərini, digəri isə gizlənən erməniləri axtaracaq.

Məlumata görə, bununla da Qarabağda indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 235 nəfərə çatıb.

Son xəbərlər

Orphus sistemi