Qarabağa, xüsusilə də, Şuşaya gəlmək çoxdankı arzum idi.
Bunu gürcüstanlı səyyah, Qardabani Təhsil və İnteqrasiya Mərkəzinin rəhbəri Çiçək Hüseynova "Report"a açıqlamasında deyib.
O, gürcüstanlı səyyahların Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri çərçivəsində Qarabağ haqqında təəssüratlarını bölüşüb:
“Mən bu gün burada olmaqdan çox sevincliyəm. Çünki Qarabağa gəlməyi çoxdan arzulayırdım. Şuşanı azad görmək məni çox duyğulandırdı. Bura bizim üçün doğma, əziz yerdir".
O, 44 günlük müharibə dövründə keçirdiyi hisslərdən də danışıb:
"Gürcüstanda yaşayan azərbaycanlı olaraq müharibə dövründə çox həyəcan, stress keçirmişdik. Ən az buradakı azərbaycanlılar qədər həyəcanlı idik və qələbə istəyimiz eyni idi. 8 noyabr tarixi də yaddaşımda gözəl təsərrüatlarla qalıb. Həmin gün qalibiyyət xəbəri Gürcüstanda da qeyd olundu. Hamımız çox sevincli idik, hər yerdən qələbə, sevinc səsləri gəlirdi".
Səyyah mina probleminin də tezliklə həll olunacağına və azad olunmuş torpaqlarda yaşayışın tam bərpasına əminliyini ifadə edib.