Zelenskinin xüsusi nümayəndəsi: "Azərbaycan bir çox ölkələrə doğru zamanda doğru qərar verməklə bağlı nümunə göstərib"

Zelenskinin xüsusi nümayəndəsi: "Azərbaycan bir çox ölkələrə doğru zamanda doğru qərar verməklə bağlı nümunə göstərib" "Azərbaycan əraziləri işğal altında olan bir çox digər ölkələrə effektli şəkildə hərəkət etmək və doğru zamanda doğru qərar verməklə bağlı nümunə göstərib. Çünki Qarabağ Azərbaycanın ərazisidir. Odur ki, bunu yalnız alqışlamaq olar".
Qarabağ
8 Noyabr , 2022 10:33
Zelenskinin xüsusi nümayəndəsi:  Azərbaycan bir çox ölkələrə doğru zamanda doğru qərar verməklə bağlı nümunə göstərib

"Azərbaycan əraziləri işğal altında olan bir çox digər ölkələrə effektli şəkildə hərəkət etmək və doğru zamanda doğru qərar verməklə bağlı nümunə göstərib. Çünki Qarabağ Azərbaycanın ərazisidir. Odur ki, bunu yalnız alqışlamaq olar".

Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının (parlament) “Xalqın xidmətçisi” Partiyasının deputatı, Prezident Volodimir Zelenskinin Konstitusiya Məhkəməsində xüsusi nümayəndəsi Fyodor Venislavskiy deyib.

O bildirib ki, Qarabağın azad olunması digər dövlətlərin müvəqqəti işğal altında olan ərazilərini effektli şəkildə azad edəcəyini göstərib: "Hesab edirəm ki, bir zamanlar başqa ölkə tərəfindən işğal edilmiş, beynəlxalq birlik tərəfindən Azərbaycan ərazisi kimi tanınan Qarabağla bağlı proseslər nümunəvidir".

F.Venislavskiy hesab edir ki, hazırda Azərbaycan haqlı tərəfdir: "Azərbaycanın ərazi bütövlüyünə zəmanət verilməsi daxil olmaqla, sülh sazişinin imzalanması və gələcəkdə işğalçı, təcavüzkar addımların atılmasının qarşısının alınması üçün bütün beynəlxalq təşkilatlar bu prosesə cəlb olunmalıdır".

Son xəbərlər

Orphus sistemi