Zelenskinin nümayəndəsi: "Rusiyanın Ukrayna taxılının daşınmasına mane olmaması üçün BMT bütün rıçaqlardan istifadə etməlidir"

Zelenskinin nümayəndəsi: "Rusiyanın Ukrayna taxılının daşınmasına mane olmaması üçün BMT bütün rıçaqlardan istifadə etməlidir" Qərbdən olan tərəfdaşlarımız, ilk növbədə “taxıl sazişi”ni imzalanmasının əsas ideoloqu olan BMT Rusiyanın Ukrayna taxılının daşınmasına maneə olmaması üçün bütün rıçaqlardan istifadə etməlidir.
Digər ölkələr
2 Noyabr , 2022 12:27
Zelenskinin nümayəndəsi: Rusiyanın Ukrayna taxılının daşınmasına mane olmaması üçün BMT bütün rıçaqlardan istifadə etməlidir

Qərbdən olan tərəfdaşlarımız, ilk növbədə “taxıl sazişi”ni imzalanmasının əsas ideoloqu olan BMT Rusiyanın Ukrayna taxılının daşınmasına mane olmaması üçün bütün rıçaqlardan istifadə etməlidir.

Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının (parlament) “Xalqın xidmətçisi” Partiyasından deputatı, Prezident Volodimir Zelenskinin Konstitusiya Məhkəməsində xüsusi nümayəndəsi Fyodor Venislavskiy bildirib.

Onun sözlərinə görə, Moskvanın “taxıl sazişi”ndə iştirakı dayandırması belə, bu sazişin həyata keçirilməsinin qarşısının alınması üçün əsas ola bilməz:

"Ukrayna hökuməti Odessadan çıxan və Türkiyədəki limanlara səfər edən mülki gəmilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müxtəlif dövlətlərlə danışıqlar aparacaq. Hesab edirəm ki, bu mənada mülki gəmilərin məhz bizim tərəfdaşlarımızın hərbi gəmilərlə müşayiət edilməsi variantlardan biridir. Onlar gəmilərin təhlükəsizliyinə təminat verəcək. Bu həcmdə taxılı alternativ yollarla daşımaq mümkün deyil, çünki dəmir yollarının ötürücülük qabiliyyəti məhduddur. Buna görə də dəmir yolu vasitəsilə dəfələrlə az taxıl daşımaq olar. Buna görə də Rusiyanın ac və ehtiyacı olan insanların yaşadığı ölkələr üçün taxılın daşınmasına maneə yaratmaması üçün əlimizdən gələni edəcəyik".

F.Venislavskiy hesab edir ki, Rusiyanın “taxıl sazişi”ndə iştirakı dayandırması onun dünyanı şantaj etməsi kimi qiymətləndirilə bilər:

"Belə ki, o, ilk növbədə Ukrayna ərazisində oğurladığı taxılı satmaq və əldə etdiyi gəlirlərlə silahlı qüvvələrini maliyyələşdirmək istəyir. Digər tərəfdən, bu, dünyanı, bütün tərəfdaşlarımızı şantaj etmək deməkdir. Məqsəd bununla Ukraynaya təzyiq göstərməkdir. Rusiya döyüş meydanında uğur qazana bilmədiyini anlayır. Odur ki, o, bundan beynəlxalq səviyyədə siyasi şantaj kimi istifadə etməyə çalışır".

Onun sözlərinə görə, Rusiyanın bu addımları müxtəlif ölkələrdə yaşayan, aclıqla üzləşən insanlara zərbə vurur.

Qeyd edək ki, iyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə tədarükü probleminin həlli üçün sənədlər paketi imzalanıb. Sazişlərdən biri Kiyevin nəzarətində olan Qara dəniz limanlarından taxılın ixracı prosedurunu tənzimləyir. Rusiya, Türkiyə, Ukrayna və BMT tərəfindən yaradılan və İstanbulda yerləşən Birgə Koordinasiya Mərkəzi silah qaçaqmalçılığının qarşısını almaq və təxribatları istisna etmək üçün taxıl daşıyan gəmiləri yoxlamaq üçün nəzərdə tutulub. Rusiya oktyabrın 29-da birtərəfli qaydada bu sazişdən imtina edib.

Son xəbərlər

Orphus sistemi