“Azərbaycanın Qarabağla bağlı mövqeyi beynəlxalq hüquq normalarına uyğundur”.
“Report” xəbər verir ki, bunu azərbaycanlı tədqiqatçı Fuad Axundov tanınmış jurnalist Həmid Həmidovun “Danışaq?” verilişinin yeni buraxılışında deyib.
“Qarabağ münaqişəsi iki prinsipin toqquşması idi. Biri “gücün hüququ”, digəri “hüququn gücü”dür. Bütün bu 30 il ərzində biz beynəlxalq hüququn gücünə sevinmişik. Ona görə də beynəlxalq səviyyədə tanınmış sərhədlər dəyişməməli, suverenliyə hörmət edilməlidir. Lakin qarşı tərəf güc hüququndan istifadə etdiyi üçün bu hüququ həyata keçirə bilmədik”, -deyə tədqiqatçı bildirib.
Onun fikrincə, Azərbaycan bu iki prinsipi bir-biriylə birləşdirərək regionda vəziyyəti dəyişdirib: “İndi isə heç kim Azərbaycanla imperativ tonda danışa bilməz”.
F.Axundov Qarabağ məsələsində Azərbaycan və Ermənistanın müttəfiqlərindən də danışıb: “Erməni cəmiyyəti ağa kimi müttəfiqinin olmasına o qədər də can atmır. Hazırda bu sahibini dəyişməyə çalışırlar. Bu məsələdə Azərbaycan üçün müttəfiqlər tapmaq vacib idi - onlar Türkiyə, İsrail və Pakistan idi".
Müsahibə zamanı F.Axundov Kanadaya mühacirət, Şərq cəmiyyətinin iyerarxiyası, Qarabağın mədəni irsi, erməni kütləvi şüuru və s. barədə danışıb.