Ermənistanda müharibə ilə bağlı 180 hərbçi saxlanılıb, 500 nəfər məsuliyyətə cəlb edilib

Ermənistanda müharibə ilə bağlı 180 hərbçi saxlanılıb, 500 nəfər məsuliyyətə cəlb edilib Ermənistanın "Joxovurd" qəzeti ikinci Qarabağ müharibəsi ilə əlaqədar təxminən 1 500 cinayət işinin qaldırılması barədə yazı dərc edib
Qarabağ
1457
14 Mart , 2021 08:39
Ermənistanda müharibə ilə bağlı 180 hərbçi saxlanılıb, 500 nəfər məsuliyyətə cəlb edilib

Ermənistanın "Joxovurd" qəzeti ikinci Qarabağ müharibəsi ilə əlaqədar təxminən 1 500 cinayət işinin qaldırılması barədə yazı dərc edib.

“Report” qəzetə istinadən xəbər verir ki, hazırda bu cinayət işləri ilə bağlı Ermənistanın İstintaq Komitəsinin Baş İstintaq İdarəsində təhqiqatlar aparılır.

Məlumata görə, cinayət işlərində 12 500-dən çox insanın adı keçir.

"Bundan başqa, cinayət işləri üzrə təxminən 180 hərbi qulluqçu saxlanılıb, 500-dən çox insan məsuliyyətə cəlb edilib. Cinayət məsuliyyətinə cəlb edilənlərdən 12-si komandirdir. Onlar arasında yüksək vəzifəli 2 zabit də var”, - qəzet qeyd edib.

"Joxovurd" qəzeti ikinci Qarabağ müharibəsində 3 300-dən çox hərbçinin həlak olduğunu, 9 000-dən insanın yaralandığını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi