Emin Hüseynov: "Biz türkdilli ölkələri Ağdama cəlb edəcəyik"

Emin Hüseynov: "Biz türkdilli ölkələri Ağdama cəlb edəcəyik" “Ağdamda olarkən görürük ki, təkcə şəhərin deyil, bütün rayonun bərpası üçün necə böyük iş görülməlidir”.
Qarabağ
2 Sentyabr , 2021 18:03
Emin Hüseynov: Biz türkdilli ölkələri Ağdama cəlb edəcəyik
Emin Hüseynov

“Ağdamda olarkən görürük ki, təkcə şəhərin deyil, bütün rayonun bərpası üçün necə böyük iş görülməlidir”.

“Report” xəbər verir ki, bunu Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Türk Şurasının mətbuat nümayəndələrinin Ağdam rayonuna səfəri zamanı bildirib.

“Şəhər dağıdılıb. Tarixi və mədəni əhəmiyyətli obyektlərimizin hansı vəziyyətdə olduğunu görə bilərsiniz. İşğalçılar məscidlərimizdə donuz saxlayıblar. Onlar tariximizi, mədəniyyətimizi təhqir etməyə çalışıblar. Onlar burada yaşamadan belə hər şeyi dağıdıblar”, - o deyib.

E.Hüseynov vurğulayıb ki, şəhərin ən qabaqcıl standartlara uyğun şəkildə bərpası üzrə işləri aparılır: "Biz Qarabağı cənnətə çevirəcəyik. Ağdamda 100 min insan yaşayacaq və bu baxımdan ölkənin ən böyük 4-cü şəhəri olacaq. Ağdamın Günəş enerjisinin inkişafı baxımından böyük potensialı var, burada bərpa olunan enerjidən istifadə etmək olar”.

Xüsusi nümayəndə həmçinin qeyd edib ki, hazırda şəhərin sənaye əhəmiyyətinin bərpası və həmvətənlərimizin öz doğma yurdlarına qayıtması üçün səy göstərilir: "Bu baxımdan, şəhərdə və regionda biznesin inkişafına xarici investorların cəlb edilməsi faydalıdır. Şübhəsiz ki, biz dost ölkələri, xüsusilə də türkdilli ölkələri buraya cəlb edəcəyik. Hamı üçün bərabər şərait yaradılacaq. Ən əsası bütün işlərin azad edilmiş ərazilərin bərpası kontekstində nəzərdən keçirilməsidir”.

Son xəbərlər

Orphus sistemi