Elçin Əmirbəyov xarici KİV-ə antiterror tədbirlərinin keçirilməsinin səbəblərini açıqlayıb

Elçin Əmirbəyov xarici KİV-ə antiterror tədbirlərinin keçirilməsinin səbəblərini açıqlayıb Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Fransanın “Radio France Internationale”, “l'Opinion” qəzeti, “France 24” telekanalı, İsrailin “Israeli Public Broadcasting” və İsrail ordusu radiosu, həmçinin “Arabic Asharq News
Qarabağ
20 Sentyabr , 2023 14:24
Elçin Əmirbəyov xarici KİV-ə antiterror tədbirlərinin keçirilməsinin səbəblərini açıqlayıb

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Fransanın “Radio France Internationale”, “l'Opinion” qəzeti, “France 24” telekanalı, İsrailin “Israeli Public Broadcasting” və İsrail ordusu radiosu, həmçinin “Arabic Asharq News”, “Almash'had TV” və “Al Jazeera” kimi müxtəlif xarici KİV-lərə silsilə müsahibələrdə Azərbaycanın suveren ərazisində Ermənistanın yaratdığı qanunsuz marionet rejimin yerləşdiyi zonada Azərbaycan tərəfinin dünən lokal antiterror tədbirlərin həyata keçirilməsi barədə qəbul etdiyi qərarın səbəblərini ətraflı izah edib.

“Report”un məlumatına görə, o qeyd edib ki, antiterror tədbirlərinin məqsədi 30 ildən artıqdır ərazisində Ermənistanın qeyri-qanuni hərbi birləşmələrinin yerləşdiyi Azərbaycanın təhlükəsizliyinə çox ciddi təhlükəni ən qısa müddətdə zərərsizləşdirmək olub.

E.Əmirbəyov xatırladıb ki, Ermənistan ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycana qarşı hərbi təcavüz və azərbaycanlılara qarşı qeyri-insani etnik təmizləmə həyata keçirmiş ölkədir.

Onun sözlərinə görə, Azərbaycanın beynəlxalq ictimaiyyətə ünvanladığı çoxsaylı çağırışlara baxmayaraq, təxminən son üç ildə Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın qeyri-qanuni hərbi mövcudluğunun zərərsizləşdirilməsi üçün heç bir tədbir görülməyib: "Bir çox azərbaycanlının həyatı cinayətkar marionet rejim tərəfindən təhlükə altına qoyulmuş, erməni terrorunun qurbanlarının, xəsarət alanların sayı günü-gündən artmışdı".

O vurğulayıb ki, beləliklə, Ermənistan bu dövr ərzində utanmadan işğalçı qüvvələrinin Azərbaycan torpaqlarında mövcudluğunu inkar edib və bununla da 2020-ci ilin noyabrında Ermənistan hərbi birləşmələrinin Azərbaycan ərazisindən tamamilə çıxarılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi pozub: “Üstəlik, Ermənistan rəhbərliyi Azərbaycan ərazisində separatçı qurumun öz büdcəsindən qanunsuz olaraq maliyyələşdirilməsi faktını dəfələrlə açıq şəkildə etiraf edib”.

“Səbir kasası gec-tez daşır. Azərbaycan artıq ikinci dəfədir qərar verib ki, məhz öz səyləri ilə təhlükəsizliyinə qarşı olan təhdidləri aradan qaldıracaq və terrorçuların öz ərazisindəki bütün hərbi hədəflərini istisnasız olaraq zərərsizləşdirəcək”, - E.Əmirbəyov deyib.

Onun sözlərinə görə, həyata keçirilən antiterror tədbirlərinin məqsədi həm də qanunsuz hərbi birləşmələrin tərk-silah edilməsi və onların Azərbaycan ərazisindən dərhal çıxarılmasıdır: “Eyni zamanda, Azərbaycan antiterror tədbirlərinin ilk günlərindən bəyan edib ki, bu, Xankəndidəki hərbi xuntanın girovuna çevrilmiş dinc mülki erməni əhalisinə təsir göstərməyəcək”.

Prezidentin nümayəndəsi qeyd edib ki, yuxarıda göstərilən bütün addımlar həm də Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə imkan verəcək, Qarabağ bölgəsinin erməni əhalisinin Azərbaycanın hüquqi məkanına dinc yolla reinteqrasiyasını təmin etmək məqsədilə Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə Qarabağ bölgəsinin erməni əhalisi arasında dialoqun qurulması üçün əlverişli şərait yaradacaq.

Son xəbərlər

Orphus sistemi