Dağlıq Qarabağ üzrə Azərbaycan, Rusiya və Ermənistanın baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli işçi qrupun iştirakçıları daşınmalar və onların təhlükəsizliyinin təminatı, həmçinin nəzarət məsələləri üzrə ekspert yarımqruplarını yaratmaq barədə qərar qəbul ediblər.
“Report” xəbər verir ki, bu barədə qrupun iclasının nəticəsinə görə Rusiya Federasiyasının baş nazirin müavini Aleksey Overçuk bildirib.
"Tərəflər dəmir yolu, avtomobil, daşınmaların təminatı, təhlükəsizlik daxil olmaqla, sərhəd, gömrük, sanitar, baytarlıq, fitosanitar və nəzarətin başqa növləri növbəti ekspert yarımqruplarını yaratmağa razılaşdırıblar", - Rusiya Federasiyasının Nazirlər Kabinetinin saytında yerləşdirilmiş xəbərdə deyilir.
Yarımqrupların formalaşmasının 2 fevrala qədər yekunlaşdırılması planlaşdırılır.
Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev, Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk və Ermənistan baş nazirinin müavini Mger Qriqoryanın sədrliyini ilə keçən üçtərəfli İşçi qrupunun iclasında Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidentinin 2021-ci il yanvarın 11-də imzaladıqları Bəyanatın yerinə yetirilməsi məsələləri müzakirə olunub.
İclasda 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatın 9-cu bəndindən, eləcə də 2021-ci il yanvarın 11-də imzalanmış bəyanatın 2-ci,3-cü və 4-cü bəndlərindən irəli gələn vəzifələrin icrası məsələləri nəzərdən keçirilib.