Ceyhun Bayramov: "Ermənistanın davranışı bəyanatın reallaşdırılmasına mane olur"

Ceyhun Bayramov: "Ermənistanın davranışı bəyanatın reallaşdırılmasına mane olur" Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Gürcüstan xarici işlər naziri David Zalkaliani ilə görüşdə regiondakı vəziyyəti müzakirə edib
Qarabağ
277
5 May , 2021 18:23
Ceyhun Bayramov: Ermənistanın davranışı bəyanatın reallaşdırılmasına mane olur
Ceyhun Bayramov
0 : 00
0 : 00

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstan xarici işlər naziri David Zalkaliani ilə görüşdə regiondakı vəziyyəti müzakirə edib.

Bu barədə "Report"a XİN-dən bildirilib.

C.Bayramov 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni reallıqlar, mövcud əməkdaşlıq imkanları, dövlətlər arasında münasibətlərin normallaşdırılması üçün yaranan unikal vəziyyət, habelə üçtərəfli bəyanatın icrası ilə bağlı məsələlər, Ermənistanın üçtərəfli bəyanatın həyata keçirilməsinə maneə törədən davranışı və revanşist bəyanatları, bu xüsusda Azərbaycanın mövqeyi barədə həmkarını məlumatlandırıb.

Nazirlər mövcud yeni reallıqlar fövqündə qarşılıqlı fəaliyyətin uyğunlaşdırılmasının önəmini qeyd edibər. Tərəflər, həmçinin ikitərəfli gündəliyə daxil olan məsələlər, o cümlədən iqtisadi, humanitar, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üzrə fikir mübadiləsi aparıblar.

Son xəbərlər

Orphus sistemi