Dövlət Komitəsinin sədri: "Ermənistanın atəşkəsi pozması nəticəsində qadınlar, uşaqlar yaralanır, qətlə yetirilir"

Dövlət Komitəsinin sədri: "Ermənistanın atəşkəsi pozması nəticəsində qadınlar, uşaqlar yaralanır, qətlə yetirilir" "Sərhəddə, münaqişə bölgəsində qadınların psixo-sosial vəziyyəti anamaliya ilə doğulmuş uşaqların sayına təsir edir"
Qarabağ
21 Dekabr , 2018 10:50
Dövlət Komitəsinin sədri: Ermənistanın atəşkəsi pozması nəticəsində qadınlar, uşaqlar yaralanır, qətlə yetirilir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova / Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 21 dekabr. REPORT.AZ/ "Sərhəddə, münaqişə bölgəsində qadınların psixo-sosial vəziyyəti anamaliya ilə doğulmuş uşaqların sayına təsir edir".

"Report" xəbər verir ki, bunu "Azərbaycanda İnsan Kapitalı üzrə Forum"da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. 

O bildirib ki, Azərbaycan və Ermənistan arasında atəşkəs rejimi elan olunsa da atəşkəs hər gün pozulur: "Nəticədə mülki şəxslər, uşaqlar yaralanır, qətlə yetirilir, yaşayış və xidmət obyektlərinə ziyan vurulur. Davamlı olaraq münaqişə bölgəsində yaşamaq insanların psixoloji, sosial, iqtisadi həyatına əhəmiyyətli dərəcədə təsir edir. Bu şərait xüsusən qadınların psixo-sosial vəziyyətinə təsir edir, onlar stress keçirirlər. Əsasən də hamiləlik prosesindəki daimi stress yeni doğulmuş uşaqlarda hiss olunur və bu erkən uşaqlıq dövrü problemləri, emosional problemli, anamaliya ilə doğulmuş uşaqların sayına təsir göstərir".

H.Hüseynovanın sözlərinə görə, Dövlət Komitəsi cəbhə bölgəsində araşdırmalar aparıb. Məlum olub ki, orada dünyaya gələn uşaqların əksəriyyəti problemlərlə doğulur: "Amma münaqişənin başlamasından əvvəl qeyd etdiyimiz bölgədə həmişə güclü genetik fon olub".

Son xəbərlər

Orphus sistemi