BMT minalardan təmizlənmə işində Azərbaycanla Ermənistan arasında əməkdaşlığın tərəfdarıdır

BMT minalardan təmizlənmə işində Azərbaycanla Ermənistan arasında əməkdaşlığın tərəfdarıdır İsaqzai məcburi köçkünlərin geri qayıtmasının azad edilmiş ərazilərin minalardan təmizlənməsi və bərpası prosesindən asılı olacağını qeyd edib
Qarabağ
29 Aprel , 2021 16:34
BMT minalardan təmizlənmə işində Azərbaycanla Ermənistan arasında əməkdaşlığın tərəfdarıdır
Qulam İsaqzai

“BMT ərazilərin minalardan təmizlənməsi məsələsində Azərbaycan və Ermənistan arasında əməkdaşlığın tərəfdarıdır. Belə bir əməkdaşlıq faydalı olardı”.

“Report” xəbər verir ki, bu fikirləri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (AIR) təşkil etdiyi “İkinci Qarabağ müharibəsi və minalar” adlı vebinarda bildirib.

Çıxışı zamanı Q.İsaqzai məcburi köçkünlərin geri qayıtmasının azad edilmiş ərazilərin minalardan təmizlənməsi və bərpası prosesindən asılı olacağını qeyd edib.

“Minalardan təmizləmənin Azərbaycan üçün prioritet olduğunu görməkdən məmnunuq. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Birinci Qarabağ müharibəsindən sonra da minalardan təmizləmə işini yaxşı görürdü. Azərbaycanda işlədiyim beş il ərzində ANAMA-nın peşəkarlığının və nə qədər böyük bir iş gördüyünün şahidi oldum”, – o qeyd edib.

Q.İsaqzai xatırladıb ki, BMT bir qədər öncə Azərbaycanın münaqişədən zərər görmüş bölgələrində təşkilatın davam edən humanitar fəaliyyətini dəstəkləmək üçün Mərkəzi Təcili Yardım Fondundan 2 milyon dollar ayırıb. Həmçinin, ANAMA-nın əməkdaşları üçün təlimlərin təşkili, eləcə də minalardan və partlamamış hərbi sursatlardan təmizlənmə üçün təcili müdaxilə qruplarının təchiz edilməsi və yerləşdirilməsini dəstəkləmək məqsədilə 1 milyon dollar ayrılıb.

O, BMT-nin minalardan təmizləmə işində Azərbaycanla əməkdaşlığı davam etdirəcəyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi