Beş dil bilən şəhidin azyaşlı övladı: "Atam mənim həkim olmağımı istəyirdi" - VİDEO

Beş dil bilən şəhidin azyaşlı övladı: "Atam mənim həkim olmağımı istəyirdi" - VİDEO Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Vətən müharibəsi şəhidi, mayor Elsevər Paşayevin evindən videoreportaj hazırlayıb.
Qarabağ
8 İyun , 2021 16:33
Beş dil bilən şəhidin azyaşlı övladı: Atam mənim həkim olmağımı istəyirdi - VİDEO

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Vətən müharibəsi şəhidi, mayor Elsevər Paşayevin evindən videoreportaj hazırlayıb.

"Report" xəbər verir ki, reportajda şəhid övladlarının ataları haqqında xatirələri yer alıb.

Həmçinin ailə üzvləri E.Paşayev haqqında xatirələrini bölüşüblər.

Həyat yoldaşı Xəyalə Paşayeva E.Paşayevin zəhmətkeşliyindən, qayğıkeşliyindən söz açaraq onun Vətəninə, millətinə, dövlətinə və xalqına həddindən artıq bağlı bir insan olduğunu bildirib.

Videoreportajda Elsevər Paşayevin dünyanın 15 ölkəsində hərbi təlimlərdə iştirak etdiyi bildirilib. Həmçinin onun xarici dil biliyi səviyyəsinin yüksək olduğu, 5 xarici dildə danışdığı vurğulanıb.

Qeyd edək ki, Elsevər Paşayev 1988-ci il iyulun 1-də Cəbrayıl rayonunun Qovşudlu kəndində anadan olub. 1994-2002-ci illərdə Beyləqan rayonunun Milabad kənd tam orta məкtəbində təhsil alıb. 2002-2005-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2005-2009-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) ali hərbi təhsil alıb.

Azərbaycan Ordusunun mayoru olan E.Paşayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, oktyabrın 25-də Qubadlı döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn edilib.

Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, E.Paşayev "Qarabağ" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi