Belarus KİV: “Azərbaycan işğaldan azad edilmiş əraziləri ölkənin ən qabaqcıl bölgələrindən birinə çevirməyə çalışır”

Belarus KİV: “Azərbaycan işğaldan azad edilmiş əraziləri ölkənin ən qabaqcıl bölgələrindən birinə çevirməyə çalışır” "Azərbaycan işğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdış” proqramını fəal şəkildə həyata keçirir, həm də bu əraziləri ölkənin ən qabaqcıl bölgələrindən birinə çevirməyə çalışır".
Qarabağ
25 Avqust , 2023 11:33
Belarus KİV: “Azərbaycan işğaldan azad edilmiş əraziləri ölkənin ən qabaqcıl bölgələrindən birinə çevirməyə çalışır”

"Azərbaycan işğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdış” proqramını aktiv şəkildə həyata keçirir, həm də bu əraziləri ölkənin ən qabaqcıl bölgələrindən birinə çevirməyə çalışır".

"Report" xəbər verir ki, bu barədə "Belarus Today" nəşrinin məqaləsində deyilir.

“İstənilən müharibə gec-tez başa çatır. Sonra yenidən canlanma dövrü başlayır. Qarabağ məsələsində söhbət təkcə bərpadan getmir. Hərbi əməliyyatlar nəticəsində deformasiyaya uğrayan ərazilər xüsusi diqqət və qayğı tələb edir”, - məqalədə vurğulanıb.

Müəllif qeyd edir ki, Qarabağda tikinti işləri 7/24 davam edir: “Azərbaycan mümkün qədər tez Monteneqro böyüklüyündə ərazini bərpa etməyi planlaşdırır. Amma mina riski olmasaydı, proses daha da sürətlə gedə bilərdi. Partlamamış hərbi sursatlar və mina sahələri müharibənin əks-sədasıdır və ərazilərdə iş zamanı çətinlik yaradır”.

Nəşrin müxbirləri Ağdam və Füzulidə olublar və qeyd ediblər ki, rayonların bərpasına xüsusi diqqət yetirilir.

"Hazırda Ağdam şəhərində infrastruktur layihələri həyata keçirilir. Yollar, suvarma kanalları, elektrik kabelləri çəkilir. Artıq rayonun böyük bir ərazisi təmizlənib, yol və kommunikasiyaların tikintisi üçün təhvil verilib. Minatəmizləmə işləri başa çatdıqdan sonra Ağdamdan Füzuliyə birbaşa yol çəkiləcək”, - müəllif bildirib.

Məqalədə vurğulayıb ki, avtomobil yolları sürətlə tikilir: “İnfrastrukturun təşkilində iştirak edən tikinti texnikalarının sayından aydın olur ki, yolların açılışına cəmi bir neçə ay qalıb”.

Son xəbərlər

Orphus sistemi