Azərbaycan Ordusunun minaya düşərək şəhid olan əsgəri dəfn edilib - YENİLƏNİB

Azərbaycan Ordusunun minaya düşərək şəhid olan əsgəri dəfn edilib - YENİLƏNİB Hadisə nəticəsində ağır yaralanaraq komaya düşən hərbi qulluqçu bu gün müalicə aldığı xəstəxanada vəfat edib
Qarabağ
16 Aprel , 2021 21:02
Azərbaycan Ordusunun minaya düşərək şəhid olan əsgəri dəfn edilib - YENİLƏNİB
0 : 00
0 : 00

Azərbaycan Ordusunun aprelin 4-də Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minaya düşərək yaralanan əsgəri və bu gün şəhidlik zirvəsinə ucalmış Bayramov İlkin Bayram oğlu dəfn edilib.

“Report”un xəbərinə görə, mərhum doğulduğu Ağstafa rayonunun Pirli kəndində torpağa tapşırılıb.

Dəfndə rayon ictimaiyyətinin nümayəndələri, müxtəlif dövlət qurumlarının vəzifəli şəxsləri, hərbçi yoldaşları, yaxınları və rayon sakinləri iştirak ediblər.

11:40

Azərbaycan Ordusunun aprelin 4-də Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minaya düşən əsgəri Bayramov İlkin Bayram oğlu şəhid olub.

“Report”un xəbərinə görə, hadisə nəticəsində ağır yaralanaraq komaya düşən hərbi qulluqçu bu gün müalicə aldığı xəstəxanada vəfat edib.

İ.Bayramov Suqovuşan yaşayış məntəqəsi istiqamətində, azad edilən ərazilərdə, itkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı mina partlaması nəticəsində xəsarət almışdı.

Mərhum Ağstafa rayonunun Pirli kəndinin qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, İ.Bayramov Ağstafa rayonunun Pirli kəndində anadan olub. O, Vətən müharibəsində iştirak edib. Prezident İlham Əliyevin ötən ilin dekabrın 30-da imzaladığı sərəncamla “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!

Bayramov İlkin
Bayramov İlkin

Son xəbərlər

Orphus sistemi