Azərbaycan Ordusunun Kəlbəcərdə şəhid olan giziri dəfn edilib - YENİLƏNİB

Azərbaycan Ordusunun Kəlbəcərdə şəhid olan giziri dəfn edilib - YENİLƏNİB Ötən gün Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonundakı mövqelərimizi atəşə tutması nəticəsində şəhid olan hərbi qulluqçumuz, gizir Yaqublu Fərman Telman oğlunun nəşi ailəsinə təhvil verilib.
Qarabağ
24 İyul , 2021 12:54
Azərbaycan Ordusunun Kəlbəcərdə şəhid olan giziri dəfn edilib - YENİLƏNİB

Ötən gün Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonu sahəsindəki mövqelərimizi atəşə tutması nəticəsində şəhid olan hərbi qulluqçumuz, gizir Yaqublu Fərman Telman oğlu Beyləqan rayonunda dəfn olunub.

“Report” Qarabağ Mərkəzinin məlumatına görə, dəfn mərasimində mərhumun ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Dəfndən öncə şəhidin ruhuna hörmət olaraq fəxri qarovul düzülüb və yaylım atəşi açılıb.

Şəhid dəfn olunduqdan sonra Azərbaycanın bayrağı şəhidin əmisi Elman Yaqubluya təqdim olunub.

Qeyd edək ki, şəhid Yaqublu Fərman Telman oğlu Beyləqan rayonu Qəhrəmanlı qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.

11:26

Ötən gün Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonundakı mövqelərimizi atəşə tutması nəticəsində şəhid olan hərbi qulluqçumuz, gizir Yaqublu Fərman Telman oğlunun nəşi ailəsinə təhvil verilib.

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, vida mərasimində şəhidin xidmət etdiyi hərbi hissənin şəxsi heyət üzvləri ilə yanaşı, şəhidin yaxınları, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Şəhidlə vida mərasimi başa çatdıqdan sonra şəhidin nəşi dəfn olunmaq üçün son mənzilə yola salınacaq.

Qeyd edək ki, F.Yaqublu 1993-cü ildə Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində anadan olub. Vətən müharibəsində iştirak etmiş Fərman Yaqublu göstərdiyi qəhrəmanlıqlara görə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdu.

Şəhid Yaqublu Fərman subay idi və ailənin tək oğul övladı olub, 2 bacısı var.

Xatırladaq ki, F.Yaqublunun atası da 1994-cü ildə, Birinci Qarabağ müharibəsində şəhid olub.

Son xəbərlər

Orphus sistemi