Bakı. 27 aprel. REPORT.AZ/ Azərbaycan daha bir şəxsin adını “arzuolunmaz şəxslər” siyahısından çıxarıb. “Report”un xəbərinə görə, bu barədə Azərbaycan
Belə ki, Argentinanın “Tiempo Argentino” qəzetinin redaktor müavini Luis Faraoni bu il martın 18-dən 23-dək Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfər edib və onun adı “arzuolunmaz” şəxslər siyahısına daxil edilib.
Luis Faraoni Azərbaycan Respublikasının Argentinadakı səfirliyinə məktubla müraciət edərək, Azərbaycanın Ermənistan tərəfindən hərbi yolla işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfərinin adının “arzuolunmaz şəxslər” siyahısına salınacağı ilə nəticələnəcəyindən xəbərsiz olduğunu qeyd edib.
O, işğal olunmuş ərazilərə səfərinin Azərbaycanla problem yaratdığına görə çox təəssüf hissi keçirdiyini ifadə edib və bu əməlinin ağırlığını qəbul edərək, eyni hərəkətin gələcəkdə təkrarlanmayacağını bildirib.
Luis Faraoni Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətini ifadə edərək, adının Azərbaycan hökumətinin müvafiq siyahısından çıxarılması məsələsinin nəzərdən keçirilməsini xahiş edib.
Luis Faraoninin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının “arzuolunmaz şəxslər” siyahısından çıxarılması barəsində qərar qəbul olunub.