AŞPA-nın vitse-prezidenti sessiya zamanı Serj Sarqsyanı ittiham edib

AŞPA-nın vitse-prezidenti sessiya zamanı Serj Sarqsyanı ittiham edib Səməd Seyidov: "Siz nə üçün Xocalı soyqırımından danışmadınız?"
Qarabağ
175
24 Yanvar , 2018 16:22
AŞPA-nın vitse-prezidenti sessiya zamanı Serj Sarqsyanı ittiham edib

Strasburq. 24 yanvar. REPORT.AZ/ "Siz nə üçün Xocalı soyqırımından danışmadınız? Həmin soyqırımında azərbaycanlı yaşlılar, uşaqlar məhv ediliblər. Nə üçün Qarabağda törətdiyiniz etnik təmizləmə siyəsətiniz barədə heç nə demirsiniz?"

"Report"un Qərbi Avropa bürosunun məlumatına görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) vitse-prezidenti, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu gün AŞPA-nın qış sessiyası çərçivəsində Ermənistan prezidenti Serj Sarqsyana sual verərkən deyib.

"Siz beynəlxalq təşkilatların qərarlarına riayət etmirsiniz. İstər bu təşkilat olsun, istərsə də BMT-nin qətnamələri olsun", - S.Seyidov vurğulayıb.

Son xəbərlər

Orphus sistemi