Anna Akopyanın təşəbbüsü ilə Qarabağa səfər edən Rusiya vətəndaşlarının adları Azərbaycan XİN-in "arzuolunmaz şəxslər" siyahısına salınıb

Anna Akopyanın təşəbbüsü ilə Qarabağa səfər edən Rusiya vətəndaşlarının adları Azərbaycan XİN-in "arzuolunmaz şəxslər" siyahısına salınıb Onlar arasında Rusiya Dövlət Duması Komitəsinin sədr müavini Svetlana Jurova da var
Qarabağ
15 Oktyabr , 2018 16:02
Anna Akopyanın təşəbbüsü ilə Qarabağa səfər edən Rusiya vətəndaşlarının adları Azərbaycan XİN-in arzuolunmaz şəxslər siyahısına salınıb
Report
0 : 00
0 : 00

Bakı. 15 oktyabr. REPORT.AZ/ Azərbaycanın işğal olunmuş ərazilərinə - Dağlıq Qarabağa səfər etmiş Rusiyadan olan bir qrup qadının adı Azərbaycan Xarici İşlər Nazirliyinin "arzuolunmaz şəxslər" siyahısına salınıb.

"Report" xəbər verir ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilən siyahıda Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədr müavini Svetlana Jurova, rusiyalı yazıçı Lyudmila Ulitskaya, "Vera" beynəlxalq xeyriyyə fondunun təsisçisi Anna Federsmesserin adları yer alıb.

Daha əvvəl Azərbaycan XİN Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akopyanın irəli sürdüyü “Qadınlar Sülh naminə” təşəbbüsü və bu çərçivədə Rusiyadan bir qrup qadının Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər etməsi ilə bağlı bəyanat yayıb və bu təşəbbüsün Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi mandatına uyğun gəlmədiyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi