ANAMA-nın Operativ Qərargah rəisi: "1 731 hektar ərazi tam təmizlənib"

ANAMA-nın Operativ Qərargah rəisi: "1 731 hektar ərazi tam təmizlənib" “Sentyabrın 27-dən bu günə qədər Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi tərəfindən işğaldan azad edilmiş və keçmiş cəbhəboyu ərazilərdə əməliyyat-axtarış tədbirlərimiz davam etdirilir”
Qarabağ
190
2 Aprel , 2021 09:36
ANAMA-nın Operativ Qərargah rəisi: 1 731 hektar ərazi tam təmizlənib
İdris İsmayılov

“Sentyabrın 27-dən bu günə qədər Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi tərəfindən işğaldan azad edilmiş və keçmiş cəbhəboyu ərazilərdə əməliyyat-axtarış tədbirlərimiz davam etdirilir”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Operativ Qərargah rəisi İdris İsmayılov deyib.

O bildirib ki, bu günə kimi 1 731 hektar ərazi tam olaraq təmizlənib:

“1 737 ədəd partlamamış hərbi sursat və mina aşkar edilərək zərərsizləşdirilib. Əməliyyat-axtarış tədbirlərimiz Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Ağdam, Xocavənd və Şuşa şəhəri ərazisində davam etdirilməkdədir. Dekabr ayından başlayaraq artıq əməliyyatlarımız Şuşa şəhərində də evlərin, zirzəmilərin və döyüş getmiş ərazilərin təmizlənməsi həyata keçirilir. Artıq 100-dən çox partlamamış hərbi sursat aşkar edilərək götürülüb”.

Son xəbərlər

Orphus sistemi