Amerikalı səyahətçi: “Azərbaycan bu illər ərzində çox dəyişib”

Amerikalı səyahətçi: “Azərbaycan bu illər ərzində çox dəyişib” “Azərbaycan bu illər ərzində çox dəyişib, bu gün ölkəni tanınmaq mümkün deyil”.
Qarabağ
14 İyun , 2023 13:36
Amerikalı səyahətçi: “Azərbaycan bu illər ərzində çox dəyişib”

“Azərbaycan bu illər ərzində çox dəyişib, bu gün ölkəni tanınmaq mümkün deyil”.

Bunu “Report”a açıqlamasında səyahətçi Ron Borkbruk (ABŞ) bildirib.

Onun sözlərinə görə, SSRİ dönəmində və ötən ilin sentyabrında Azərbaycanda olub: “Bu gün Azərbaycanı tanımaq mümkün deyil”.

R.Borkbruk beynəlxalq səyahətçilərdən ibarət nümayəndə heyətinin tərkibində bu gün Ağdama səfər edib.

“Qarabağa səfərdən qabaq məni nə gözləyəcəyini bilirdim. Burada hər şeyin dağıdıldığı göz qabağındadır. Mən bir çox ölkələrə səfər edirəm. Gördüklərim barədə həmin ölkələrin sakinlərinə də məlumat verirəm”, - o deyib.

Xatırladaq ki, beynəlxalq səyahətçilərin Qarabağa və Şərqi Zəngəzura dördgünlük səfəri bu gün başlayıb. Onlar 4 gün ərzində Ağdam-Tərtər-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl-Füzuli-Xocavənd-Şuşa avtomobil yolunun marşrutu üzrə hərəkət edəcəklər.

Səfər dünyaca məşhur MTP (“Most Traveled People”) təşkilatı tərəfindən təşkil olunub.

Son xəbərlər

Orphus sistemi