Amerikalı ekspert: "Azərbaycan qazandığı qələbədən sonra regionun lideri kimi qəbul edilir"

Amerikalı ekspert: "Azərbaycan qazandığı qələbədən sonra regionun lideri kimi qəbul edilir" Beynəlxalq əməkdaşlığın artan imkanları sayəsində Azərbaycan başlıca Qərb dövlətləri tərəfindən maliyyə cəhətdən müstəqil, bərabər, məğbul tərəfdaş ölkə olaraq qəbul olunur.
Qarabağ
4 Oktyabr , 2021 14:16
Amerikalı ekspert: Azərbaycan qazandığı qələbədən sonra regionun lideri kimi qəbul edilir

"Beynəlxalq əməkdaşlığın artan imkanları sayəsində Azərbaycan başlıca Qərb dövlətləri tərəfindən maliyyə cəhətdən müstəqil, bərabər, məqbul tərəfdaş ölkə olaraq qəbul olunur".

Bunu “Report”a amerikalı jurnalist, hüquqşünas, milli təhlükəsizlik eksperti İrina Zukerman bildirib.

“Azərbaycan qələbə qazandıqdan sonra regionun aşkar lideri olaraq qəbul edilməyə başlayıb. Ölkəyə səfər edən Avropa İttifaqı rəsmiləri sülhyaratma işlərini yüksək qiymətləndirib, Azərbaycanın mühüm tərəfdaş olduğunu etiraf edərək yaşıl enerji, rəqəmsal texnologiyalar və yeniliklər, turizm, kənd təsərrüfatı kimi sahələrdə birgə layihələrdə və tədbirlərdə maraqlı olduqlarını bildiriblər”, – ekspert deyib.

O, İkinci Qarabağ müharibəsində qələbə qazanılmasında Prezident İlham Əliyevin xidmətlərini yüksək qiymətləndirib: “Azərbaycan Prezidenti bu qələbəni mümkün edən bir neçə üsuldan istifadə edib. Əvvəla, ordunun ən qabaqcıl silah və hərbi texnika ilə təchizatına illər sərf olundu. İkincisi, ölkə ərazisinin 20 faizini işğaldan azad edilməsində psixoloji amilin də əhəmiyyəti unudulmamalıdır”.

Son xəbərlər

Orphus sistemi