Bakı. 21 fevral.
“Report”un xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı keçirilən tədbirdə deyib.
O vurğulayıb ki, ermənilərin Azərbaycan xalqına qarşı apardığı siyasət nəticəsində xeyli şəhid vermişik: “Dağlıq Qarabağda baş verən hər kəsə bəllidir. Biz bunları yaddan çıxara bilmərik. Bu faciələrdə dinindən asılı olmayaraq, bu qənaət gəlirik ki, insanları öldürmək olmaz”.
A.Paşazadə qeyd edib ki, Xocalı soyqırımını dünya ölkələri tanıyırlar: “Azərbaycanın 20 faiz torpaqlarının işğal edilməsini, insanların öldürülməsini, tarixi abidələrin məhv edilməsini dünya ictimaiyyətinə çatdırmalıyıq. Xocalı soyqırımı baş verdi, amma bu o demək deyil ki, Azərbaycan xalqı əyilib. Buna misal olaraq, ötən ilin aprelində baş verən döyüşlərini göstərmək olar. Biz işğal altında olan Lələtəpə yüksəkliyini azad etdik. Əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad ediləcək”.
QMİ-sədri vurğulayıb ki, “Xocalıya ədalət” kampaniyası çərçivəsində mühüm işlər görülüb.
O bildirib ki, Xocalı faciəsi ilə bağlı ölkədəki məscidlərdə fevralın 24-də dualar oxunacaq, ehsan veriləcək.