100-dən çox ermənini məhv edən kəşfiyyat komandiri

100-dən çox ermənini məhv edən kəşfiyyat komandiri Söhbət şəhid kəşfiyyatçı, kapitan Həmid Cəfərlidən gedir.
Qarabağ
425
9 Fevral , 2021 18:53
100-dən çox ermənini məhv edən kəşfiyyat komandiri

O, Vətən müharibəsinin ilk günlərində tabeliyində olan hərbçilərlə birlikdə Cəbrayıla girərək bir neçə kəndi işğaldan azad edib Azərbaycan bayrağını rayonun Nüzgar kəndinə sancıb.

Söhbət şəhid kəşfiyyatçı, kapitan Həmid Cəfərlidən gedir.

"Report"un Qərb mərkəzinin əməkdaşları şəhidin yaşadığı evə baş çəkib, yaxınları ilə həmsöhbət olublar.

Füzuli istiqamətində gedən döyüşlərdə 6 gün ac-susuz mühasirədə qalıb, buna baxmayaraq, özü və tabeliyində olan hərbçilər düşmənə təslim olmayıblar.

Vətən müharibəsi zamanı işğaldan azad olan ərazilərdə ilk bayraq sancan Həmid Cəfərli olub. Sonra Cəbrayılın bir neçə kəndini işğaldan azad edərk erməni terrorçularından təmizləyib. Həmid və onun tabeliyində olan kəşfiyyat bölüyü Füzuli istiqamətinə hərəkət etməyə başlayıb. H.Cəfərlinin komandiri olduğu kəşfiyyat bölüyü Füzuli rayonu ərazisində düşmənin gözləmədiyi istiqamətdən ermənilərə hücum edib. Bu hücum zamanı Füzulinin bir neçə kəndi işğaldan azad edilib. Döyüş yoldaşlarının sözlərinə görə Həmid şəhid olana qədər 100-dən çox ermənini təkbaşına məhv edib.

Həmid Füzuli istiqamətində 6 gün mühasirədə qalıb. Mühasirəni ermənilərin çoxlu itki verməsi ilə nəticələnən növbəti əks-hücum həmlələri ilə yararaq düşmənə sarsıdıcı zərbə vurmaqla yarıb çıxan kapitanın yanına qəfildən minaatan mərmisi düşüb. Ürəyindən 1 qəlpə yarası alan Həmid Cəfərli qəhrəmancasına şəhid olub.

Qeyd edək ki, H.Cəfərli 1990-cı ildə Bakı şəhərində anadan olub. O, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları təltif olunub. O, Bakıda II Fəxri xiyabanda dəfn olunub. H.Cəfərlinin əmisi oğlu, gizir Orxan Cəfərli də Vətən müharibəsində şəhid olub.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi