Bu gün
"Report"un xəbərinə görə, tədbir Azərbaycan və Türkiyənin dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı tarixindən danışıb. O, bu bayramın banisinin Mustafa Kamal Atatürkün olduğunu vurğulayıb. Səfir bayram münasibəti ilə azərbaycanlı və türkiyəli uşaqları təbrik edib.
Daha sonra tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edib. Nazir müavini uşaqların hər iki dövlətin gələcəyi olduğunu bildirib.
Tədbirdə Türkiyənin Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrinin şagirdləri yerli məktəblərin şagirdləri ilə birlikdə rəqs ediblər.
Rəqs nümayişi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd məktəbinin şagirdlərinin ifası ilə davam etdirilib.
Sonda şagirdlər türk xalqının ucalığını tərənnüm edən şeirlər oxuyublar.