Tarixi Qori qalası - FOTOREPORTAJ

Tarixi Qori qalası - FOTOREPORTAJ Abidə Gürcüstanın Mədəniyyət Nazirliyi tərəfindən qorunur
Multimedia
27 Fevral , 2015 10:27
Tarixi Qori qalası - FOTOREPORTAJ

Bakı. 27 fevral. REPORT.AZ/ Qori Gürcüstanın qədim şəhərlərindən biridir. Gürcüstanın mərkəzində Kür çayının sol sahilində yerləşən şəhərin əsası XII əsrin əvvəlində gürcü çarı IV David tərəfindən qoyulub. Şəhərin mərkəzində köhnə Qoristsixe müdafiə qalası yerləşir. Abidə Gürcüstanın Mədəniyyət Nazirliyi tərəfindən qorunur. Qalanın yerləşdiyi məkan şəhərin ən yüksək nöqtəsi olduğundan, buradan şəhərin mənzərəsi bütünlüklə görünür. Hazırda qala sadəcə, tarixi abidə kimi istifadə olunur və buna görə ətrafında polis postları qurulub. Qala ziyarətçilərə və turistlərə hər zaman açıqdır. Lakin qalanın yüksəklikdə yerləşməsi səbəbindən, hər kəs ora gedə bilmir. Çünki çıxış üçün çətin yoxuşdan istifadə etmək lazımdır.
Xatırladaq ki, 1920-ci ildə Gürcüstanda baş verən zəlzələ zamanı qalaya dəyən ciddi ziyan hələ də tam aradan qaldırılmayıb.
"Report" Gürcüstanın bu tarixi abidəsindən fotoreportajı təqdim edir.

Son xəbərlər

Orphus sistemi