"Şuşaya 4 km qalmışdı ki, yaralandım"

"Şuşaya 4 km qalmışdı ki, yaralandım" O, oktyabrın 21- də Xocavəndin Ərgünəş dağında minaatan mərmisi partlaması nəticəsində ağır yaralanıb.
Multimedia
8 Dekabr , 2020 10:53
Şuşaya 4 km qalmışdı ki,  yaralandım
Ağakişiyev Kamran

Azərbaycanın 44 günlük Vətən müharibəsində öz döyüş şücaəti ilə seçilənlərdən biri də Ağakişiyev Kamran Cavanşir oğludur. Kamran 1998-ci ildə Abşeron rayonu Qobu qəsəbəsində anadan olub. 2013-cü ildə Qobu qəsəbəsində yerləşən Qəzənfər Xalıqov adına tam orta məktəbi bitirib və elə həmin il Dövlət Dəmiryolu Liseyinə daxil olur. 2016-cı ildə təhsilini bitirərək hərbi xidmətə yollanır. 2018-ci ildə hərbi xidməti başa vurduqdan sonra, yenidən Bakıya qayıdır.

İkinci Qarabağ müharibəsi zamanı sentyabrın 27-də çağırış gəlib və hərbi xidmətə yollanıb. Qızğın döyüşlər zamanı oktyabrın 8-dən etibarən Füzuli, Cəbrayıl, Hadrut, Zəngilan və Xocəvənd uğrunda döyüşlərdə iştirak edib.

O, oktyabrın 21- də Xocavəndin Ərgünəş dağında minaatan mərmisi partlaması nəticəsində ağır yaralanıb.

“Report”a həmsöhbət olan Kamran Ağakişiyev deyib ki, yaralanmasaydı Şuşaya 4 km-dən sonra çatacaqdı. Hazırda Kamranın sol kürəyində açıq yara və bədəninin müəyyən hissələrində qəlpələr var. Müalicəsini ev şəraitində davam etdirir.

Son xəbərlər

Orphus sistemi