“Öldükdən sonra daxili orqanlarınızın ehtiyacı olan şəxslərə verilməsinə razı olarsınızmı?” - VİDEOSORĞU

“Öldükdən sonra daxili orqanlarınızın ehtiyacı olan şəxslərə verilməsinə razı olarsınızmı?” - VİDEOSORĞU Azərbaycanda “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” yeni qanun layihəsi hazırlanıb. Sənədin 6-cı maddəsinə (Transplantasiya obyekti olan orqan və toxumaların siyahısı) əsasən, meyit donordan transplantasiya məqsədi ilə ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi, mədə, bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası, kök hüceyrələr və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər orqan və toxumalar götürülə bilər. Qanun layihəsi hələ ki qəbul olunmayıb.
Multimedia
5 İyul , 2019 16:45
“Öldükdən sonra daxili orqanlarınızın ehtiyacı olan şəxslərə verilməsinə razı olarsınızmı?” - VİDEOSORĞU

Azərbaycanda “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” yeni qanun layihəsi hazırlanıb. Sənədin 6-cı maddəsinə (Transplantasiya obyekti olan orqan və toxumaların siyahısı) əsasən, meyit donordan transplantasiya məqsədi ilə ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi, mədə, bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası, kök hüceyrələr və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər orqan və toxumalar götürülə bilər. Qanun layihəsi hələ ki qəbul olunmayıb.

Qeyd edək ki, hazırda tətbiq edilən "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanun isə 1999-cu ildə qəbul olunub. Bu qanuna əsasən, canlı donordan transplantasiya məqsədilə yalnız böyrəyin biri, ağciyərin bir payı, qaraciyərin bir hissəsi, mədəaltı vəzinin bir hissəsi, nazik bağırsağın bir hissəsi, dərinin bir hissəsi, sümük iliyi, kök hüceyrələr götürülə bilər.

“Report” əməkdaşları paytaxt sakinlərinə “Dünyanızı dəyişdikdən sonra daxili orqanlarınızın ehtiyacı olan şəxslərə verilməsinə razı olarsınızmı” sualı ilə müraciət edib.

Cavablar isə müxtəlifdir. Kimisi razı olduğunu və bu barədə çoxdan fikirləşdiyini, kimisi isə orqanların yalnız ona aid olduğunu əsas gətirərək belə bir şeyin qeyri-mümkün olduğunu bildirib.

Video: Sultana Əhmədbəyli


Son xəbərlər

Orphus sistemi