II Şəhidlər xiyabanına ziyarətçilərin axını davam edib

II Şəhidlər xiyabanına ziyarətçilərin axını davam edib Anım Günü ilə əlaqədar bu gün səhər saatlarından başlayaraq II Şəhidlər xiyabanına ziyarətçilərin axını davam edib.
Multimedia
27 Sentyabr , 2022 17:35
II Şəhidlər xiyabanına ziyarətçilərin axını davam edib

Anım Günü ilə əlaqədar bu gün səhər saatlarından başlayaraq II Şəhidlər xiyabanına ziyarətçilərin axını davam edib.

"Report" xəbər verir ki, Vətən müharibəsi şəhidlərinin uyuduğu xiyaban şəhər sakinləri, ictimaiyyət nümayəndələri, vəzifəli şəxslər və şəhid ailələri tərəfindən ziyarət olunub.

Ziyarətçilər şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq onların məzarı önünə gül dəstələri qoyub və dualar oxuyublar.

Qeyd edək ki, bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür. Anım Günü ilə əlaqədar olaraq bu gün səhər saatlarından etibarən ölkə üzrə Azərbaycan şəhidləri yad edilir.

Azərbaycan xalqı şəhidlərimizin dəfn olunduqları məkanları ziyarət edirlər.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd edilir.

Foto: Vüqar Xanlarov

Son xəbərlər

Orphus sistemi