İstanbul “Avrasya Tüneli”nin açılış mərasimi keçirilir - FOTO - YENİLƏNİB

İstanbul “Avrasya Tüneli”nin açılış mərasimi keçirilir - FOTO - YENİLƏNİB Mərasimdə Azərbaycan nümayəndə heyətinin iştirakı da gözlənilir
Multimedia
20 Dekabr , 2016 16:10
İstanbul “Avrasya Tüneli”nin açılış mərasimi keçirilir - FOTO - YENİLƏNİB

İstanbul. 20 dekabr. REPORT.AZ/ İstanbulun Kumkapı rayonunda “Avrasya Tüneli”nin açılış məraisimi keçirilir.

“Report”un Türkiyə bürosunun məlumatına görə, tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş nazir Binəli Yıldırım iştirak edir.

*** 13:57

İstanbul. 20 dekabr. REPORT.AZ/ İstanbulun Kumkapı rayonunda “Avrasya Tüneli”nin açılış məraisiminə hazırlıq görülür.

“Report”un Türkiyə bürosunun məlumatına görə, Bakı vaxtı ilə saat 15.00-da başlaması planlaşdırılan açılış mərasimində həmçinin Azərbaycan nümayəndə heyətinin də iştirak etməsi gözlənilir.

Türkiyə prezidentinin rəsmi saytında Rəcəb Tayyib Ərdoğanın açılış mərasimində iştirak edəcəyi qeyd olunub.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətli ilə əlaqədar tunlein açılış tədbirinin təxirə salınacağı haqqında xəbərlər yayılmışdı.

Avrasiya tunelinin təməli 2011-ci il fevralın 26-da qoyulub. Bir milyard 245 milyon dollara tikilən tunel dənizin dibi ilə Kazlıçeşme – Göztepe bölgələrini birləşdirəcək. Tunel və ona bağlı yollarla birlikdə onun uzunluğu 14,6 km-dir. Tunelin uzunluğu isə 1,8 km-dir. Tunel istifadədyə verildikdən sonra 100 dəqiqəyə gedilən yol 15 dəqiqəyə qət ediləcək. Tunellə gediş ödənişlidir. Tunelin istismar müddəti 24 il 5 aydır.

Son xəbərlər

Orphus sistemi