Görkəmli şəxsiyyətlərin dəfn olunduğu Şaxəndan - FOTOREPORTAJ

Görkəmli şəxsiyyətlərin dəfn olunduğu Şaxəndan - FOTOREPORTAJ Görkəmli şair Seyid Əzim Şirvaninin məzarı da Şaxəndan qəbiristanlığında yerləşir
Multimedia
5 Oktyabr , 2017 15:11
Görkəmli şəxsiyyətlərin dəfn olunduğu Şaxəndan - FOTOREPORTAJ
Report/ Orkhan Azim

Bakı. 5 oktyabr. REPORT.AZ/ Şaxəndan Şamaxı şəhərində görkəmli şəxsiyyətlərin dəfn olunduğu tarixi qəbiristandır. Buranı tarixi edən əlamətlərdən biri də orada yerləşən türbədir. Türbə yonulmuş sal daşlarla tikilib. Səkkizguşə formada olan bu türbənin yuxarı hissəsi günbəz şəklindədir. İçərsində iki qəbir var. Türbənin üstündə heç bir kitabə yoxdur. İç sahəsi 5x5 metr, hündürlüyü isə 8 metrdir. Bir giriş qapısı var.

Qəbirlərin kimə aid olduğu haqqında dəqiq məlumat yoxdur. Tədqiqatçı Salman Mümtazın yazdığına görə, Nəsiminin Şaxəndan adlı qardaşı olub. 15-ci əsr böyük Azərbaycan mütəfəkkiri İmadəddin Nəsiminin qardaşı Şaxəndan (Şahxəndan, Şah-i xəndan) burada dəfn olunub və qəbiristan da onun şərəfinə "Şaxəndan" adlandırılıb. Elə bunun əsasında da görkəmli tədqiqatçı Nəsiminin Şamaxıda dünyaya gəldiyini qeyd edib. Lakin Nəsiminin Şamaxıda anadan olmasını tarixi mənbələr təsdiqləmir.

Digər mənbələrdə isə burada Seyid Əzim Şirvaninin qardaşının dəfn olunduğu deyilir .

Görkəmli şair Seyid Əzim Şirvaninin məzarı da Şaxəndan qəbiristanlığında yerləşir. Şair məhz burada basdırılmasını vəsiyyət edibmiş:

Mən öləndə Şaxandanda basdırın,

Çünki onun Şahi-Xəndanı vardır.

Foto: Orxan Əzim

Son xəbərlər

Orphus sistemi