Gəncədə gücləndirilmiş karantinin ilk günü - FOTOREPORTAJ

Gəncədə gücləndirilmiş karantinin ilk günü - FOTOREPORTAJ Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərarı qüvvəyə mindiyi saatdan başlayaraq Gəncə şəhərində qaydalara riayət edilir.
Multimedia
3601
6 İyun , 2020 16:40
Gəncədə gücləndirilmiş karantinin ilk günü - FOTOREPORTAJ

Nazirlər Kabinetinin "Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı" qərarı qüvvəyə mindiyi saatdan başlayaraq Gəncə şəhərində qaydalara riayət edilir. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, şəhərin mərkəzi prospekt və küçələri ilə yanaşı, kənar qəsəbə və küçələrdə, Nizami və Kəpəz rayonlarında karantin rejiminə tam əməl olunur.

Şəhərdə bütün mağaza və restoranlar, həmçinin iaşə obyektləri fəaliyyətini tam dayandırıb. 

Polis əməkdaşları tərəfindən karantin rejiminə nəzarət edilir və xidməti avtomobillərlə xüsusi səsgücləndirici qurğu vasitəsi ilə vətəndaşlara karantin rejimi ilə bağlı məlumatlar verilir.

Yollarda yalnız xidməti maşınlar və xüsusi icazə verilmiş avtomobillər hərəkət edir.

Gəncədə gücləndirilmiş karantin rejiminin ilk günündən fotoreportajı təqdim edirik. 

Son xəbərlər

Orphus sistemi