Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrindən Bakıya təşrif buyurmuş bloger, influencer və vaynerlərin iştirakı ilə keçirilən “ProДвижения” layihəsi davam edir.
"Report" xəbər verir ki, “ProДвижения” layihəsi sağlam həyat tərzinin sosial şəbəkələrdə bloger, vayner və influencerlər arasında təbliğ olunması istiqamətində təlim-məşğələ proqramından ibarətdir.
Layihə Azərbaycan Respublikası
Layihə çərçivəsində “CinemaPlus” premium kinoteatrında qonaqlara "JARA" filmi nümayiş olunub. Filmdən öncə qırmızı xalıda fotolar çəkdirən qonaqlar Bakı haqqında təəsüratlarını bölüşüblər.
Qeyd edək ki, filmin ideya müəllifi və prodüsseri Teymur Cəfərov, rejissoru Dunya Lisova, quruluşçu-rəssamı Maksim Alipçenko və quruluşçu-operatoru Vasiliy Rıjovdur. Filmin çəkilişləri “JARA” beynəlxalq musiqi festivalı çərçivəsində ötən ilin iyul ayında Bakıda baş tutub. Belə bir lokasiyanın və çəkilişlərin vaxt seçimi film yaradıcılarına bir neçə günlük Rusiya və Azərbaycanın əsas ulduzlarını bir arada yığmaq imkanı yaradıb. Çəkilişlərdə Filip Kirkorov, Nikolay Baskov, Qriqoriy Leps, Ani Lorak, EMİN, Valeriya, İosif Priqojin, Timati, Yeqor Krid və başqaları iştirak ediblər. Filmin süjeti Rusiya estradasının ulduzları ilə dolu təyyarədə başlayır və onlar Bakıda keçirilən “JARA” festivalına yollanırlar. Onların arasında Daşa Steklova adlı qız da var. O, filmin qəhrəmanı və “JARA” festivalının ulduzu olaraq tədbiri öz şousu ilə bağlayan artistdir. Onun rolunu Diana Pojarskaya ifa edir.
Xatırladaq ki, Pojarskaya “Otel Eleon” serialında
“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.