Cəbrayıl və Xocavənddə gedən döyüşlərdə onlarla əsgər və zabiti həyata qaytaran həkim

Cəbrayıl və Xocavənddə gedən döyüşlərdə onlarla əsgər və zabiti həyata qaytaran həkim Vətən müharibəsində zəfərin qazanılmasında igid döyüşçülərimiz qədər onların yanında olan həkimlərin də böyük payı var.
Multimedia
6 Yanvar , 2021 11:11
Cəbrayıl və Xocavənddə gedən döyüşlərdə onlarla əsgər və zabiti həyata qaytaran həkim

Vətən müharibəsində zəfərin qazanılmasında igid döyüşçülərimiz qədər onların yanında olan həkimlərin də böyük payı var.

"Report"un Muğan bürosu xəbər verir ki, döyüş meydanında yaralılara ilkin tibbi yardımın göstərilməsi, onların təhlükəsiz yerlərə təxliyəsi hərbi həkimlərin əsas missiyasıdır.

Cəlilabadın Bədirli kəndindən olan həkim İbrahim Quluyev də 44 günlük Vətən müharibəsində onlarla yaralının həyatını xilas edib.

O, cəbhəyə yollanarkən yalnız ailə üzvləri onun gedişindən xəbərdar olub. İndi isə onlarla insan əllərində üçrəngli bayraq doğma elinə gəlişini səbirsizliklə gözləyir.

İ.Quluyev cəbhədən-cəbhəyə adlayaraq yarlı əsgər və zabitlərin həyatına yeni bir həyat verib.

O, ehtiyatda olan baş leytenant kimi Ordu sıralarına çağırıldığı gündən cəbhənin Füzuli-Cəbrayıl istiqamətlərində ön xətdə yaralılara ilkin tibbi yardım və onların çeşidlənməsini həyata keçirib.

O deyir ki, müharibə qanunlarına görə, hərbi əməliyyatlar vaxtı tibbi avtomobillərin atəşə tutulması qadağan olunsa da, düşmən döyüş meydanındakı məğlubiyyətinin əvəzini bəzən tibbi avtomobillərdən çıxmağa çalışırdı. Amma buna baxmayaraq, vahid komandanlığın və mütəşəkkil kordinasiyanın olması Ordumuzun bu kimi çətinlikləri asanlıqla adlamasına imkan verib.

Həkim İ.Quluyev deyir ki, yaralılarla döyüşdə ilk təmasda olarkən Azərbaycan əsgərinin cəsarətinin, döyüş əzminin, məğlubedilməzliyinin dəfələrlə şahidi olub.

Qeyd edək ki, həkim İbrahim Quluyev Vətən müharibəsindəki xidmətlərinə görə "Cəbrayılın azad olunmasına görə""Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

Son xəbərlər

Orphus sistemi