Bayıldakı sürüşmə ərazisində bərkitmə işləri davam etdirilir - VİDEOREPORTAJ

Bayıldakı sürüşmə ərazisində bərkitmə işləri davam etdirilir - VİDEOREPORTAJ Hazırda ərazidə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvərlər nazirliklərinin və digər aidiyyatı qurumların mütəxəssisləri araşdırma aparır
Multimedia
176
25 Yanvar , 2018 14:45
Bayıldakı sürüşmə ərazisində bərkitmə işləri davam etdirilir - VİDEOREPORTAJ
Report

Bakı. 25 yanvar. REPORT.AZ/ Bayıldakı sürüşmə ərazisində bərkitmə işləri davam etdirilir.

"Report"un məlumatına görə, hazırda ərazidə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvərlər nazirliklərinin və digər aidiyyatı qurumların mütəxəssisləri araşdırmalar aparır.

Yaranmış sürüşmə təhlükəsi ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyətində yaradılan Xüsusi Qərargah tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Qeyd edək ki, Bayıl yamacında sürüşməyə meyilli riskli ərazidə 67 ev müəyyən olunub. Səbail RİH tərəfindən əlavə təhlükəsizlik tədbirləri nəzərə alınmaqla 80 ev (ailə), yəni 390 nəfər ailə üzvü köçürülüb. 

Son xəbərlər

Orphus sistemi