Atatürkün ev muzeyi - FOTOLARDA

Atatürkün ev muzeyi - FOTOLARDA Bakı. 31 iyul. REPORT.AZ/ Can Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir!. Mustafa Kamal Atatürkün bu və Azərbaycanın ümumilli lideri Heydər Əliyevin Biz bir millət, iki dövlətik! ifadəsi Azərbaycan-Türkiyə əlaqələrini tam olaraq təzahür etdiyini desək, yanılmarıq.
Multimedia
160
31 İyul , 2018 10:35
Atatürkün ev muzeyi - FOTOLARDA
0 : 00
0 : 00

Bakı. 31 iyul. REPORT.AZ/ "Can Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir!". Mustafa Kamal Atatürkün bu və Azərbaycanın ümumilli lideri Heydər Əliyevin "Biz bir millət, iki dövlətik!" ifadəsi Azərbaycan-Türkiyə əlaqələrini tam olaraq təzahür etdiyini desək, yanılmarıq.

İllər keçməsinə baxmayaraq, müasir, dünyəvi Türkiyənin qurucusu Mustafa Kamal Atatürk bütün dünyanın ən güclü, ən uzaqgörən, dünya tarixini dəyişdirən liderlərdən biri kimi tanınır. Onun tarixi öyrənilir, bir çox müasir dövlət başçıları özlərini bu şəxsiyyətə oxşatmaq istəyir.

Osmanlı İmperiyası dağılan zaman Türkiyəni yox olma təhlükəsindən qoruyan Mustafa Kamal Atatürk bu gün təkcə Türkiyədə deyil, bütün türk dünyasında böyük rəğbətlə anılır, onun şərəfinə parklar salınır, abidələr ucaldılır, onun yaşadığı, ziyarət etdiyi yerlər xüsusilə qorunur. Bu abidələrin ən vaciblərdən biri də Yunanıstanın Saloniki şəhərindəki ev-muzeyidir.

1881-ci ildə o vaxt Osmanlı Türkiyəyə məxsus olan Salonikidə gömrük məmuru və taxta-şalban məhsulları satan Əli Rıza Əfəndi və Rumeli türkü olan Zibeydə xanımın ailəsində dünyaya göz açan Mustafa Kamal Atatürkün dəqiq doğum günü məlum olmasa da, dahi lider sonradan öz doğum günü kimi Türkiyənin azadlıq uğrunda mübarizənin başlandığı günü - 19 mayı seçib. Uzun müddət ərzində ata evində yaşayan Atatürk 1908-ci ildə hərbi xidmətə yollanır. Birinci dünya müharibəsindən uduzan tərəf kimi çıxan Türkiyə Qərb qüvvələri tərəfindən parçalanma təhlükəsi ilə üz-üzə qaldı. 1919-cu ilin mayın 19-da Atatük Qurtuluş mübarizəsini elan edir və bunun nəticəsində 1923-cü ilin oktyabrın 29-da müasir Türkiyə yaradılır. Atatürk 1938-cü ilin noyabrın 10-da İstanbulda vəfat edib.

Bu gün Saloniki müasir Yunanıstan ərazisi sayılsa da, Atatürkün üçmərtəbəli ev-muzeyi Türkiyənin bu şəhərdəki baş konsulluğu və Yunanıstan hökuməti tərəfindən iki ölkə arasındakı gərgin əlaqələrə rəğmən ümumi tarixin abidəsi kimi xüsusi olaraq qorunur. Muzeydə bu gün dahi liderin həyatını əks etdirən stendlər, eksponatlar, Atatürkün və onun valideynlərin gündəlik həyatında istifadə olunan əşyalar sərgilənir. Muzey hər il bütün dünyadan milyonlarla ziyarətçiləri qəbul edir. Muzeyə giriş sərbəstdir.

Fotolar Hüseyn Sultanoğluya məxsusdur

İngilis versiyası FotoAtatürk Museum - PHOTOS

Son xəbərlər

Orphus sistemi