Xarici valyuta vəsaitlərini xaricdən qaytarmama ilə bağlı qanunvericilik dəyişdirilir

Xarici valyuta vəsaitlərini xaricdən qaytarmama ilə bağlı qanunvericilik dəyişdirilir Xarici valyuta vəsaitlərini xaricdən qaytarmama ilə bağlı qanunvericilik dəyişdirilir.
Milli Məclis
12 Aprel , 2022 13:21
Xarici valyuta vəsaitlərini xaricdən qaytarmama ilə bağlı qanunvericilik dəyişdirilir

Xarici valyuta vəsaitlərini xaricdən qaytarmama ilə bağlı qanunvericilik dəyişdirilir.

"Report"un xəbərinə görə, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilməsi barədə məsələ parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılıb.

Belə ki, Cinayət Məcəlləsinin 208-ci maddəsinin 1-ci hissəsinin yeni redaksiyada verilməsi təklif olunur. Yeni redaksiyada deyilir ki, “Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan xeyli miqdarda xarici valyuta vəsaitlərini xaricdən qaytarmama - üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Məcəllənin hazırkı variantı isə belədir: "Təşkilat rəhbərləri tərəfindən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan xeyli miqdarda xarici valyuta vəsaitlərini xaricdən qaytarmama - üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Son xəbərlər

Orphus sistemi