Azərbaycanda növbədənkənar parlament seçkilərində səsvermənin ilk dəqiqələrindən vətəndaşlar yüksək fəallıq nümayiş etdirirlər.
“Report” xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) müşahidə missiyasının Qazaxıstandan olan üzvü Adilxan Bijanov deyib.
O vurğulayıb ki, məntəqələrdə seçicilər üçün hər cür şərait yaradılıb: “Seçicilər üçün hər cür şərait yaradılıb. Fəallıq yüksəkdir, məntəqələr veb-kameralarla təchiz olunub”.
Qeyd edək ki, bu gün Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilir. Seçkilər ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb. Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək.
Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.
Gülər Seymurqızı
Kamil Mahmudov